• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"
18.03.2019 16:13
"Nar” Novruz bayramı ilə əlaqədar xaricə səyahət edəcək abunəçiləri üçün sərfəli rominq paketləri təqdim etməkdədir. Mobil operatorun istifadəçiləri "Nar” rominq ilə internet, "WhatsApp” vasitəsilə  pulsuz yazışma və səsli zəng əldə edirlər. Bütün abunəçilərini nəzərə olan "Nar” 4 müxtəlif rominq paketi təqdim edir.  "Roaming 9” paketi 500 MB internet, "Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, "Roaming 18” paketi 1 GB internet,  "Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir.  "Roaming 18” və "Roaming 28” paketlərində "WhatsApp” vasitəsilə   yazılı mesajlar pulsuzdur.  "Roaming 9”, "Roaming 15” paketlərinin istifadə müddəti 5, "Roaming 18” və "Roaming 28” paketlərinin istifadə müddəti isə 15 gündür. 

Qeyd edək ki, "Nar”-ın təqdim etdiyi rominq paketlərinin sərfəli olması, istifadəçilərin sayını artırmaqdadır. Son 1 il ərzində "Nar”-ın rominq istifadəçilərinin sayı 174% artıb. 

Rominq paketləri haqqında daha ətraflı məlumatı nar.az saytından və ya 777 nömrəsinə "R” göndərməklə əldə etmək olar. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol