• $
  • €
  • ₽
  • ₺
  • £

Kəpək istehsalı və satışı vergidən azad olunur

Kəpək istehsalı və satışı vergidən azad olunur
18.03.2019 22:00
Martın 18-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Oxu.Az xəbər verir ki, adıçəkilən komitənin sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlər barədə məlumat verib. 

Əvvəlcə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. 

Komitə sədri bildirib ki, qanun layihəsində daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınması prosesinin təkmilləşdirilməsi, çıxarışların kağız formada təqdim olunması prosedurunun tamamilə aradan qaldırılması, onların yalnız elektron üsulla təqdim olunması ilə bağlı müddəalar əks olunub:

"Layihəyə əsasən, dövlət reyestrindən çıxarışlar elektron imza ilə təsdiqlənməklə hüquq sahibinin istəyindən asılı olaraq "Elektron hökumət” portalında yerləşdiriləcək və ya digər elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə təqdim olunacaq”.

"Dövlət rüsumu haqqında” qanunda ediləcək dəyişikliyə əsasən sənədə yeni "Konüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri” məzmunlu 33-6-ci maddə əlavə edilir. 

Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılmasına görə 20 manat, könüllü dövlət genom qeydiyyatının aparılmasına görə 250 manat dövlət rüsumu müəyyən edilir.


Komitə sədri sonra deyib ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi nəzərdə tutulur:

"Bu yöndə dəyişiklik  layihəsində buğda emalı müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunması məqsədilə kəpək istehsalı və satışının 2019-cu ilin martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi və hazırda buğdanın idxalı və satışı, buğda ununun, çörəyin istehsalı və satışına tətbiq olunan güzəştin əlavə olaraq daha bir il uzadılması nəzərdə tutulur”.

"Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi auditə dair hesabatla əlaqədar kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyinin bildirilməsinin 20 gündən 10 günədək müddətinə azaldılması, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda həyata keçirilən auditə dair məlumatların təqdim edilməsi qaydasının təkmilləşdirilməsi, habelə Hesablama Palatası üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanıb.

"Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müştərilərin maraqlarının qorunması məqsədilə kredit müqavilələri üzrə faiz dərəcələrinin, komissiya haqlarının və bank xidmətləri üçün digər ödənişlərin optimallaşdırılmasına görə onların yuxarı həddinin tənzimlənməsini nəzərdə tutur.

Bütün qanun layihələri plenar iclasa tövsiyə edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol