• $
  • €
  • ₽
  • ₺
  • £

Qumarda uduzan ata borclarını ödəmək üçün oğlunu satdı

Qumarda uduzan ata borclarını ödəmək üçün oğlunu satdı
21.03.2019 19:36
Totalizatora aludə olmaq, adətən, pis nəticələnir. Çində bir atanın bu üzdən borcları yaranıb. O, çıxış yolunu oğlunu satmaqda görüb.
Bizimyol.info xəbər verir ki, Çinin Quyyan şəhərinin sakini 60 min yuan (təxminən 9 min dollar) borcunu ödəmək üçün övladını satmaq fikrinə düşüb. O, uşağı tanımadığı ailəyə təklif edib. Quyçjou vilayətində yaşayan adam həmin ailəni inandırıb ki, həyat yoldaşını, valideynlərini itirb, uşağı saxlaya bilmir. Uşağı götürməyə razı olublar.
Kişi 2018-ci ilin noyabrında oğlunu Quyyandan 1800 km aralı vilayətə aparıb. Bunun üçün həyat yoldaşına yalan danışıb. Deyib ki, uşağı nənəsigilə aparır. Hər dəfə uşaqdan söz düşəndə o bir bəhanə fikirləşirmiş.
Qadın şübhələnməyə başlayıb. Hadisədən üç ay sonra ərinin telefonunda oğlunu övladlığa götürənlərlə yazışmanı görəndə hər şeyi anlayıb. Qayınanasigilə gedib uşağı orada görməyəndə polisə müraciət edib. Əri həmin gün yoxa çıxıbmış.
Uşağı tapıb anasına qaytarıblar. Qadının ərini Quyyandakı mehmanxanaların birində saxlayıblar. Onu uşaq alveri maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol