• $
  • €
  • ₽
  • ₺
  • £

Pediatrdan valideynlərə xəbərdarlıq — "Bu, böyük bir bəladır"

Pediatrdan valideynlərə xəbərdarlıq — "Bu, böyük bir bəladır"
22.03.2019 17:23
"Nə tibb bacılarının, nə də aptek satıcısının məsləhəti ilə uşaqlara antibiotik vurmaq olmaz. Bu, böyük bir bəladır”. Bu sözləri tanınmış pediatr Vaqif Qarayev son vaxtlar mətbuatda antibiotikdən istifadə ilə bağlı gedən müzakirələrə fikir bildirərkən səsləndirib.


Anews.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə danışan pediatr valideynlərə səslənərək qeyd edib ki, antibiotiki ancaq həkim təyin edə bilər:


"Nə tibb bacılarının, nə də aptek satıcısının məsləhəti ilə uşaqlara antibiotik vurmaq olmaz. Xəstəlik törədiciləri müxtəlifdir. Orada viruslar, bakteriyalar var. Virusa heç bir halda antibiotik təsir etmir. Əksinə, virus infeksiyasında antibiotik təyinatı xəstənin vəziyyətini daha da ağırlaşdırır.


Bu səbəbən yalnız həkim hansı antibiotikin vacib olduğunu deyə bilər. Antibiotik sözünün mənası "həyatın əleyhinə” deməkdir. Yəni xəstəlik törədici bakteriyanın əleyhinə olan, onu öldürən bir vasitədir. Ancaq antibiotiki yersiz təyin edəndə, o xəstənin ümumi müqavimətini daha da azaldır. Müqaviməti azalmış virus infeksiyalı xəstəyə bakterial infeksiya da qoşulur. Bakteriya tamam başqa qrupdan olan xəstəlik törədicisidir. Bakteriya varsa, artıq antibiotiksiz keçinmək olmaz. Xəstənin vəziyyəti daha da ağırlaşa bilər.


Tibbin tələbinə görə, həkim müayinə etdikdən sonra, antibiotik təyin edə bilər. Ancaq tibb bacısının, aptek satıcısının bu imkanı yoxdur. Son bir neçə ayda Azərbaycanda 3 növ virus geniş yayılmışdı, uşaqlarda qızdırma halları və sair artmışdı. Ancaq özbaşına antibiotik təyin etməklə xəstənin vəziyyətini ya daha da ağırlaşdıra bilərsiniz, ya da anafilaktik şok keçirməsinə səbəb olarsınız”.
Pediatrın sözlərinə görə, allergiya vermək baxımından ən təhlükəli iynə pensilin qrupudur: "Pensilin icad olunan ilk antibiotikdir və vaxtilə milyonlarla insanları ölümdən qurtarıb. Bu antibiotikin allergik təsiri həddindən artıq yüksəkdir. Sovet dönəmində dəri içi sınaq qoyulurdu. Əgər müəyyən müddət ərzində dəridə səpki olsa, bu antibiotik həmin şəxsə yararsız və təhlükəli hesab olunurdu. Ancaq bu sınağı dərialtı etmək olmaz, qızara, şişkinlik yarada bilər”.


V.Qarayev vurğuladı ki, indi həkimlər iki qrupa bölünüb, sınaq tərəfdarları və əleyhdarları: "Əgər orqanizm allergikdirsə, o sınaq mütləq müsbət nəticə verəcək, bəzən isə verməyə də bilər. Sınaq xəstəxana şəraitində peşəkar həkim tərəfindən qoyulmalıdır. Nəticəyə də yalnız həkim qərar verə bilər. Adətən həkimlər sınaq üçün dərmanın çox az bir qismini dəri altına yeridirlər, 20-25 dəqiqə gözləyirlər ki, allergiya verərəcək , ya yox. Şəxsin allergiyası barədə məlumatları da məhz həkim toplayır, ola bilər ki, yumurtaya qarşı allergiyası olan uşağın antibiotikə qarşı allergiyası olmasın. Ancaq xoşagəlməz nəticə alınanda, xəstədə güclü şok baş verəndə, ona kömək edən yalnız həkim ola bilər. Başqa heç kim kömək edə bilməz. Şok əleyhinə xüsusi dərmanları da həkim tətbiq edə bilər”.


Vaqif Qarayev vurğuladı ki, əgər xəstədə şok baş veribsə və yanında həkim yoxdursa, onun həyatını xilas etmək mümkünsüzdür: "Antibiotikdən yaranan şoka anafilaktik şok deyirlər, dərman anafilaktik şoku. Buna ildırımvari şok da deyirlər. Tibbdə "iynədə şok” ifadəsi var. Xəstənin hansısa dərmana allergiyası varsa, həkim o dərmanı şprisə yığanda artıq xəstə şoka düşür.


Ya da iynə qorxusundan şoka düşür. Bir neçə dəqiqə ərzində xəstənin arterial təzyiqi sıfıra düşür. Əgər həmin dəqiqə yanında həkim varsa, onun əlinin altında şok əleyhinə preparatlar varsa, o zaman xəstə bəlkə şokdan çıxa bilər. Əks halda, şokdan çıxmayacaq. Bu baxımdan hər yerdə tələb var ki, antibiotiklərin inyeksion forması professional şəkildə, həkim nəzarəti altında vurulmalıdır. Amma indi sirop şəklində antibiotiklər də var. Bunu da həkim təyin etməlidir. Türkiyədə həkim resepti olmadan antibiotik satılmır. Bu təcrübənin ölkəmizdə də tətbiq olunmasını istərdim”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol