• $
  • €
  • ₽
  • ₺
  • £

“Bu, küçə adamlarının işidir. Belə səviyyəsizliyi onlardan gözləmirdim...” - Xəzər Universitetində nələr baş verir?

“Bu, küçə adamlarının işidir. Belə səviyyəsizliyi onlardan gözləmirdim...” - Xəzər Universitetində nələr baş verir?
23.03.2019 15:45
Xəzər Universitetindəki qalmaqal davam edir. Fəlsəfə doktoru Mail Yaqub ona verilən məvacibə etiraz əlaməti olaraq bir müddət öncə universitetdən istefa verməsindən sonra ona qarşı ağır ittihamlar səsləndirildi. Universitetin açıqlamasında bildirildi ki, Mail Yaqub müəllim olaraq çalışdığı müəssisədə gənc qadın müəllimlərə və tələbələrə qarşı müəllimə yaraşmayan hərəkətləri ilə tanınan birisi olub. Yəni açıq desək, doktor əxlaqsızlıqda ittiham edilib.

Milli.Az xəbər verir ki, qeyd edilən ittihamlarla bağlı Mail Yaqub "Yeni Sabah"a açıqlama verib. O, bildirib ki, səsləndirilən fikirlər əsassız və yüngüldür:
"Xəzər Universitetinin ittihamlarında 4-5 nüans var.  Birincisi, "Mail Yaqub gənc xanımlara sataşıb, əxlaqsız hərəkətlər edib" - bunun cavabı bəllidir. Əgər belə idisə, 11 ildir mən universitetdə çalışıram, niyə məni çıxarmamısınız? Deməli, siz bunu bilə-bilə məni universitetdə saxlamısınız və təhsil ocağına xəyanət etmisiniz.

İkincisi, "Universitetdə Mail Yaqubdan 10 dəfə çox maaş alan müəllimlər var" - bu da ağ yalandır. Çünki bir qrupa ən çox maaşı hələ guya mənə yazırdılar-(160 manat). Universitetdə ingilis dilində dərs deyən gənc müəllimlər məndən də az əmək haqqı alırlar. Onlara bir qrup üçün 110-120 manat pul yazırlar. 

Üçüncüsü, "Mail Yaqub məhz bu hərəkətlərinə görə kafedra müdirliyindən uzaqlaşdırılıb"- bu da iftiradır. 2013-2015-ci illərdə mən orada kafedra müdiri olmuşam. Kafedra müdirliyindən öz istəyimlə istefa verib çıxmışam. Hətta təkid edirdilər ki, qal. Çıxma səbəbim maaşla bağlı idi. Mənə 500 manat maaş yazırdılar. Bu məbləğ mənim bir aylıq xərcim deyil, 1500-2000 yazın ki, səhərdən axşama qədər burada oturum. Başqa bir səbəb də var. Hamlet İsaxanlı ora iranlı bir rektor gətirmişdi. Həmin rektor məni iclasda təhqir etdi. Onun təhqirlərinə cavab olaraq kafedra müdirliyindən çıxdım ki, iclaslarda iştirak etməyim. Hətta İsaxan İsaxanlı qalmağımla bağlı təkid etdi".

M.Yaqub digər nüanslardan da söz açıb: "Dördüncüsü, universitetin ittihamlarında yazılır ki, bircə "Fəlsəfəyə giriş" dərsi Azərbaycan dilində tədris olunur, qalanları ingilis - bu da yalandır. Universitetdə dərslərin 50-60 faizi Azərbaycan dilində tədris olunur.  Mən universitetdə 11 il müddətində 5 fənn tədris etmişəm - Fəlsəfəyə giriş, Əxlaq fəlsəfəsi, Din fəlsəfəsi, Sosiologiya və Müasir Avropa fəlsəfəsi. Bu 5 fənni 11 il ərzində 4 mindən çox tələbəyə tədris etdim. Orda məndən başqa Azərbaycan dilində tədrislə məşğul olanlar kifayət qədərdir.

İngilis dilində tədrislə məşğul olanlara məndən də az məvacib verirlər. Ona görə həmin müəllimlərin bir çoxu universitetdən çıxıb. Bu adamlar universitetdən yığdığı milyonlarla pulla başqa axmaq istirahət mərkəzləri yaratmağın fikrini çəkmək əvəzinə, mənə şər-böhtan yağdırırlar. Bu, küçə adamlarının işidir. Mən bu səviyyəsizliyi onlardan gözləmirdim.  "Xəzər"də rektor heç kimdir, əsas iki nəfər qərar qəbul edir - İsa İsaxanlı və Hamlet İsaxanlı. Mən istefadan qabaq rektorla danışdım, vəziyyəti izah etdim. Mənim heç fikrimi də öyrənmədilər, xəbərsiz başqa müəllim çağırdılar. Bu biabırçılıqdır. Digər bir nüans "Mail Yaqub cahilliyə çağırır" - bu lap dəhşətdir. Əgər mən cahilliyə çağırırdımsa, niyə 11 ildir mənə icazə verirdiniz? Ayıbdır, ən azı professor adından utansınlar!"



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol