• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik yanğında zəhərlənənlərin sayını açıqladı

Nazirlik yanğında zəhərlənənlərin sayını açıqladı
26.03.2019 13:09
Bakıda "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla bağlı iki sahibkarın səhhəti pisləşib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov trend-ə bildirib ki, hadisə yerinə göndərilən təcili tibbi yardım briqadaları daha 4 nəfərə ilkin tibbi yardım göstərib:
"Onlardan 2 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır, iki nəfər isə sahibkardır. Malları yanan sahibkarlardan ikisinin səhhətində problem yaranıb və təcili tibbi yardım briqadası dərhal həmin şəxslərə yerində yardım göstərib. Bir FHN əməkdaşı isə sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib".
Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb edilib.
Yanğın davam edir.
***
Səhiyyə Nazirliyi Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı son məlumatı açıqlayıb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, yanğın zamanı altı nəfər tüstüdən zəhərlənib:
"Onlardan üç nəfər Fövqəladə Hallar Nazirliyinin işçisi, iki nəfər ticarət mərkəzinin mühafizəçisi və bir nəfər işçisi olub. Beş nəfərə tüstüdən zəhərləndiyinə görə yerində yardım edilib. Bir nəfər FHN işçisi isə xəsarət aldığı üçün xəstəxanaya aparılıb".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol