• $
  • €
  • ₽
  • ₺
  • £

Yanğınların arxasında nə dayanır? - "Təsəvvür edin, "Sədərək" və "Binə" yanır" - VİDEO

Yanğınların arxasında nə dayanır? - "Təsəvvür edin, "Sədərək" və "Binə" yanır" - VİDEO
26.03.2019 16:45
Bakının məşhur ticarət mərkəzi olan "Diqlas”da güclü yanğın baş verib. Nəticədə ticarət mərkəzi demək olar ki tamamilə yanıb.

Ümumiyyətlə, son vaxtlar ardıcıl olaraq bir neçə ticarət mərkəzində yanğınlar olur. Bu isə təxribat iddialarını ortaya atır.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl bildirib ki, bu cür yanğınların kökünü xaricdə axtarmağa dəyməz:
"Xarici qüvvə heç vaxt belə xırda yanğınlarla təxribat törətməz. Kənar, xarici qüvvə təxribat etmək istəsə, kiçik işlər görməz. Biz təxminən bilirik ki, Azərbaycanda vəziyyətin qeyri-sabit olması üçün xarici qüvvələr hansı addımları ata bilər. Hesab edək ki, Mingəçevir İES-də yanğın törədə bilərlər, nəinki hansısa ticarət mərkəzini yandırarlar. "Diqlas” kimi ticarət mərkəzlərinin yanması cəmiyyətə və dövlətə təsir etməyəcək”.

"Bu cür yanğınların kökünü daxildə axtarmaq lazımdır” deyən, İlham İsmayıl bildirib ki, miqyası daxildəki qruplararası, hətta daha aşağı səviyyəyə çəkmək lazımdır:

"Bu cür hadisələr hətta şəriklər arasında davanın da nəticəsi ola bilər. Hər halda bunu diqqətdən kənarda saxlamaq olmaz. Çünki bu yanğınların həcmi böyüyə bilər. Bu gün "Diqlas” yandı, təsəvvür edin, sabah "Sədərək”, "Binə” ticarət mərkəzlərində yanğın baş verir. Əgər "Sədərək”, "Binə” ticarət mərkəzlərində yanğın baş verərsə, qarşıdurmalar, əhalidə təlaş yaranır. Bunun şahidi olmuşuq. Bütün təxribatların məqsədi təkcə obyektin sahibinə zərər vermək yox, cəmiyyətdə də təlaş yaratmaqdır”.

Sonda İlham İsmayıl bildirib ki, səsləndirdiyi fikirlər versiyalardan biridir, hüquq-mühafizə orqanları bu məsələnin üzərində işləyib, dəqiq səbəbləri anlayacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol