• $
  • €
  • ₽
  • ₺
  • £

Misir Mərdanov Əli İnsanovdan danışdı: “...başqa ağsaqqal axtarmağın mənası yoxdur”

Misir Mərdanov Əli İnsanovdan danışdı: “...başqa ağsaqqal axtarmağın mənası yoxdur”
27.03.2019 14:46
Sabiq təhsil naziri: "Şəxsən mən bu yaşda yenidən siyasətlə məşğul olmazdım”

Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb. Bu barədə ONA-ya Misir Mərdanovun özü məlumat verib. O, bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: "Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.

M.Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib. Hələ nazir işlədiyi dövrdə mətbuata açıq olan Misir müəllimlə danışıb həm qəza ilə bağlı "keçmiş olsun” demək, həm də gündəmin ən aktual mövzularından biri ilə bağlı suallarımıza cavab almaq istədik.

- Misir müəllim, çox keçmiş olsun. Mətbuatdan oxuduq ki, qəzaya düşmüşünüz. Hazırda sağlıq durumunuz necədir?

- Çox sağ olun. Hazırda durumum yaxşıdır, heç bir narahatlıq yoxdur.

- Deməli, artıq iş başındasınız?

- Bəli.

- Ağır qəza keçirmişdiniz, yoxsa yüngül?

- Yox, yüngül qəza idi.

- Misir müəllim, sabiq səhiyyə naziri Əli İnsanov əfv olunandan sonra onun bir sıra keçmiş komanda yoldaşlarından reaksiya gəlib. Sizin münasibətiniz çox maraqlıdır...

- Yox. Mən bu barədə danışmaq istəmirəm.

- Hətta Əli Nağıyev də sabiq səhiyyə naziri barədə danışıb, hansı ki, vaxtilə Əli İnsanovla münasibətlərində problemlər var idi...

- Hamısını izləyirəm, oxuyuram. Amma mənim onların heç biri ilə işim yoxdur. Allah işlərini xeyir eləsin.

- Əli İnsanovu "Qərbi azərbaycanlıların ağsaqqalı” kimi təqdim edirlər. Buna reaksiyanız necədir?

- Olsun. Özü bilər. Belə hesab edənlər eləsinlər.

- Bəs, siz necə hesab edirsiniz, Qərbi azərbaycanlıların ağsaqqalı kimdir?

- Vallah, vaxtilə Heydər Əliyev olub. İndiki prezidentimizin də həm ana babası, həm də ata babası ordandır. Vəssalam! Xalqın da böyük əksəriyyəti onlara səs verib. Ona görə də hesab edirəm ki, başqa ağsaqqal axtarmağın mənası yoxdur.

- Düşündüm, deyəcəksiniz, heç mənim də yaşım az deyil...

- Yox. Mən heç zaman elə söz demərəm.

- Mövcud situasiyada regional amili qabardanlara sözünüz nədir?

- O bizim ümumi işimizin ziyanınadır. Azərbaycanın ziyanınadır. Azərbaycanı bölgələrə bölmək olmaz. Bir Azərbaycan var, qurtardı getdi!

- Siz də uzun müddət təhsil naziri vəzifəsində çalışmışınız. Nazirliyə işə qəbul məsələsində regional amilə yer ayırırdınızmı?

- Qəti şəkildə! Heç bir zaman! Kim istəyirsə, siyahıya baxa bilər, görər ki, kim var, kim yox. Heç bir zaman elə bir hal olmayıb. Bu gün də mənim iş təcrübəmdə elə bir şey yoxdur, olmayıb da.

- Misir müəllim, hər halda sizin də təcrübəniz və yaşınız az deyil, görüşmək imkanı yaransa, həm keçmiş həmkar, həm həmyerli olaraq Əli İnsanova nə məsləhət verərdiniz?

- Şəxsən mən bu yaşda yenidən siyasətə qayıdıb, siyasətlə məşğul olmazdım. Mən olsam... Allah eləməsin. Amma məşğul olmazdım. İşimlə məşğul olardım. Aliməm, alimliklə, həkiməm, həkimliklə... Nəyə lazımdır? İndi mənim 73 yaşım var. Təzədən gedib yenidən kiməsə qoşulmaq... Mənə elə gəlir ki, bu, yanlışlıq olardı. Nə olubsa, olub, qurtarıb daha.

- Belə çıxır ki, Əli İnsanov həbsdən çıxandan sonra "keçmiş olsun” deməmisiniz?

- Yox, mənim onunla heç bir əlaqəm olmayıb.

"Yeni Müsavat”

 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol