Bakı metrosu tarixində ilk yaşanacaq hadisə: görsəniz təəccüblənməyin

"Qadın maşinistlərin Bakı metropolitenində qatarları idarə etməyə başlaması haqqında xüsusi əmr olmalıdır. Maşinist olmaq üçün qadın namizədlər imtahan veriblər. Yaxın 1-2 gün ərzində onların işə başlayıb-başlamaması tam dəqiqləşəcək".
Anews.az xəbər verir ki, bunu Sonxeber.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib: "Bəli, qadın maşinist var və imtahandan uğurla keçmək ehtimalı mövcuddur. Qadın namizədlər müəyyən müddətdir xətlərdə maşinist yanında işləyirlər, sınaq dövrü keçirlər. Bunlar praktiki məşğələlərdir və onlar hazırda praktiki vərdişləri mənimsəməlidirlər. Yaxın 1-2 gün ərzində bu barədə ətraflı məlumat veriləcək".
B. Məmmədov qeyd edib ki, Bakı metrosu tarixində ilk dəfədir ki, bu qayda ilə maşinist işə qəbul olunur: "Onların imtahan nəticələrindən asılı olaraq qərar veriləcək. Bakı metrosu tarixində indiyədək qadın maşinist olmayıb. Və əgər qadın namizədlər maşinist vəzifəsinə işə götürülərsə, bu, Bakı metrosu tarixində ilk olacaq".
www.anews.az
























