• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda iş adamı federasiyanı baykot etdi - Klub dağıldı

Azərbaycanda iş adamı federasiyanı baykot etdi - Klub dağıldı
27.03.2019 15:03
Xəbər verdiyimiz kimi, ötən gün futzal üzrə Yüksək Liqada 22-ci turun son oyununda "Yasamal" MFK – "Araz" klublarının görüşü keçirilməli idi. Amma "Yasamal" MFK təyin olunan vaxtda meydana çıxmadığı üçün qarşılaşma baş tutmayıb.

Anews.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, klubun bu addımı atmasına səbəb maliyyə problemi yaşaması və federasiyanı baykot etməsidir.

Məlumatda bildirilir ki, klubun rəhbəri, kiçik bizneslə məşğul olan iş adamı Orxan Allahverdiyevi hələ yanvar ayında Azərbaycan Futzal Federasiyasının rəhbəri (AFF) Zaur Axundova müraciət edib. Ancaq qurumdan onlara konkret cavab verilməyib.

Klub da öz növbəsində AFF-dan dəstək almadığına görə, baykot etmək niyyətinə düşüblər və son matça çıxmayıblar.
Ancaq dünən federasiyadan Orxan Allahverdiyevə bildirilib ki, onlara kömək edəcək büdcələri yoxdur.

Bu danışıqdan sonra O.Allahverdiyev klubu dağıtmaq fikrinə düşüb və daha fəaliyyət göstərmək imkanları olmadığını bildirib. 2014-cü ildən fəaliyyət göstərən "Yasamal" MFK 4 ilə yaxındır ki, Yüksək Liqada çıxış edib. Klubun əsasını legionerlər təşkil edirdi.
Maaş ala bilməyən legionerlərin bəziləri Bakını tərk edərək ölkələrinə qayıdıblar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol