• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstək olduğu “Dataforest” startapı “İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti”nin çempionu seçilib

Azercell-in dəstək olduğu “Dataforest” startapı “İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti”nin çempionu seçilib
28.03.2019 12:48
 "Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstək olduğu startaplar beynəlxalq miqyaslı müsabiqələrdə ölkəmizi uğurla təmsil etməyə davam edirlər. Bu dəfə, mərkəzin gənc rezidentlərindən "Dataforest” böyük uğura imza ataraq, "İKT tətbiqi: Həyatın bütün aspektlərində fayda – E-biznes” kateqoriyasında (Action Line 7. ICT Application: Benefits in all aspects of life - E-business) "İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti”nin (WSIS) çempionu seçilib. İlk dəfə 2012-ci ildə keçirilən "WSIS”, rəqəmsal sahələrdə mövcud trendlərin, yeniliklərin və çətinliklərin müzakirə olunduğu ən iri toplantı hesab olunur. 

Qeyd edək ki, "Dataforest” "WSIS” Pay Sahibləri cəmiyyəti tərəfindən təsdiqlənən 1064 layihədən biri idi. 2019-cu il, 8-12 aprel tarixləri ərzində İsveçrənin Cenevrə şəhərində keçiriləcək "WSIS 2019 Forumu”nda "WSIS” cəmiyyətinin 2 milyondan artıq səs toplayan 18 qalib və 72 çempion layihəsinin mükafatlandırılması gözlənilir. 

Məlumat üçün bildirək ki, "Dataforest” dünyanın hər yerindən öz məlumatlarını yükləmək və paylaşmaqla asudə vaxtlarında pul qazanmaq istəyən insanları, eləcə də şirkətləri birləşdirən unikal bir platformadır. "Dataforest”- müxtəlif məlumatı özündə cəmləyən keyfiyyətli, sürətli və rahat bir mənbədir. 2018-ci ildə "MİT Qlobal Startap Laboratoriyası”nda yaranan startap, ölkəmizdə də qısa müddət ərzində böyük nailiyyətlər qazana bilib. Belə ki, "MİT GSL Azerbaijan Demoday”inin qalibi olan layihə,  "AWITA 2018”də "İlin Startapı” kimi mükafatlandırlıb.  

Qeyd etmək istərdik ki, bu il fəaliyyətinin 10 illiyini qeyd edəcək Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, "Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə əsasən informasiya texnologiyaları sahəsinə aid layihələrin və startapların şirkətləşməsinə kömək edir. Ölkənin ilk biznes inkubatoru olan mərkəz 20-yə yaxın uğurlu layihəyə ev sahibliyi edib.
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol