• $
  • €
  • ₽
  • ₺
  • £

“Adamım yoxdur deyə, 25 nəfərin ölümünü mənim üstümə yıxırlar”- Yanğında ittiham olunan

“Adamım yoxdur deyə, 25 nəfərin ölümünü mənim üstümə yıxırlar”- Yanğında ittiham olunan
30.03.2019 10:41
Bizimyol.info xəbər verir ki, Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümünə, daha 29-nun xəsarət almasına səbəb olan yanğınla bağlı məhkəmə araşdırmaları başa çatmaq üzrədir.

Bu hadisəyə görə dörd nəfər təqsirləndirilən şəxs kimi məhkəmə qarşısına çıxarılsa da, onlardan ancaq biri – Məhəmməd Məmmədov yanğını törətməkdə ittiham olunur. 64 yaşlı Məhəmməd Məmmədov isə 8 aydır davam edən məhkəmənin ilk günündən yanğını törətmədiyini, həbs olunarkən təzyiqə məruz qaldığına görə etirafedici ifadəyə imza atdığını bildirir.

İttihama əsasən, spirtli içki aludəçisi olan Məhəmməd Məmmədovu oğlu Vahid rüşvət verərək illərdir Narkoloji Mərkəzdə saxlatdırıb. O, vaxtaşırı evə buraxılsa da, bir müddət sonra oğlu yenidən onu Mərkəzə yerləşdirirmiş. Sonuncu dəfə ötən il martın 1-də Məhəmməd Məmmədovun orada saxlanma müddəti başa çatsa da, tibb bacısından öyrənib ki, vaxtı yenə uzadılıb. Bundan əsəbiləşən Məhəmməd Məmmədov martın 2-də səhər saat 6 radələrində intihar etmək məqsədilə üstündəki yorğanı yandırıb. Ancaq dərhal da fikrindən daşınıb və yorğanı yerə atıb. Nəticədə alov ətrafı bürüyüb və bütün korpus yanıb.Məhəmməd Məmmədov isə ittihamda yazılanları təkzib edir və yalan olduğunu bildirir.

Martın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub. Aprelin 2-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror çıxış edəcək.

Təqsirləndirilən Məhəmməd Məmmədov isə bir daha hakimlərə müraciət edərək, günahsız olduğunu bildirib. Məhkəmədə ağlayaraq danışan Məhəmməd Məmmədov bildirib ki, kimsəsiz olduğuna görə onu qurban seçib, törətmədiyi əməli onun boynuna qoyublar: "Möhtərəm hakim, sizə yalvarıram, məni bu bəladan qurtarın. Hamı bilir ki, bunu mən eləməmişəm. Kimsə günahkar olmalıdır, adamım olmadığına görə məni seçiblər. Mən Mərkəzdə olanda bütün günü həyətdə "svarka”, başqa təmir işlərini görürdüm. Baş həkim də Allah şahididir. 54 xəstənin işi mənə tapşırılmışdı. İndi necə oldu ki, mən təhlükəli adam oldum? Orada bir nəfərlə də problemim, söz-söhbətim olmayıb. Allah da bu ədalətsizliyi götürməz. Mənim adamım yoxdur, kimsəsizəm deyə, 25 nəfərin ölümünü mənim üstümə yıxırlar”.

Bu hadisəyə görə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan digər üç nəfərdən biri Mərkəzin keçmiş direktoru Telman Məmmədhəsənov, təsərrüfat məsələləri üzrə direktor müavini Mahir Abdullayev və Məhəmməd Məmmədovun müalicə həkimi olmuş Afət Məmmədovadır.

Afət Məmmədova həbsdə deyil, o, Məhəmməd Məmmədovun oğlundan rüşvət alıb onu davamlı orada saxlamaqda ittiham olunur. Mərkəzin sabiq direktoru və müavini isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.

Onların heç biri özünü təqsirli bilmir.

Bu hadisədən sonra Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərov da həbs olunmuşdu. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 28-də vəfat etdi.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol