• $
  • €
  • ₽
  • ₺
  • £

"Kapital Bank" hədiyyə kartlarını təqdim edir

"Kapital Bank" hədiyyə kartlarını təqdim edir
01.04.2019 10:05
Kapital Bank müştərilər üçün yeni "Kapital Gift” adlı hədiyyə kartlarını təqdim edir. Adsız olan yeni kartları əldə edən müştərilər onu hədiyyə qismində yaxınlarına verə bilərlər. Kartlar vasitəsilə Kapital Bank-ın POS terminallarında əməliyyat etmək və ya Kapital Bank bankomatlarından vəsait nağdlaşdırmaq mümkündür.

İstifadə müddəti 1 il olan kartlar 50 AZN və 100 AZN dəyərində olmaqla, müvafiq olaraq 51 manat və 102 manat məbləğə təklif olunur. Bu kartları Kapital Bank-ın Mərkəz, Yasamal, Səbail və Gənclik Mall filiallarında əldə etmək olar. Yaxın gələcəkdə bu kartlar bankın digər filiallarında da, əlavə olaraq 200 AZN və 500 AZN nominalında olanlarla birgə müştərilərə təklif olunacaq. 

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bank-ın ölkə üzrə 700-dək bankomatı, 10 000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol