• $
  • €
  • ₽
  • ₺
  • £

DİN hərəkətə keçdi: Dünənki videoya görə 5 nəfər saxlanıldı

DİN hərəkətə keçdi: Dünənki videoya görə 5 nəfər saxlanıldı
01.04.2019 11:46
Dünəndən 3 qızın çılpaq videosunun yayılması ilə bağlı ölkə gündəminə çevrilən xəbər hüquq-mühafizə orqanlarını hərəkətə gətirib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq hadisənin bütün iştirakçıları saxlanılıb. Belə ki, videoda yer alan 2 kişi və 3 qadın Nəsimi rayon Polis İdarəsinə gətirilib.

Eyni zamanda, videoda göstərilən avtomobil də cərimə meydançasına aparılıb. Hadisənin doğurduğu rezonans Daxili İşlər Nazirliyinin rəhbərliyinin müdaxiləsinə də səbəb olub. Həmin şəxslərin elə dünən saxlanılması ilə bağlı qərar verilib. Hazırda hadisə araşdırılır.

Bu arada videonu yayıb çəkən şəxsin naməlum şəxslər tərəfindən döyüldüyünü və üzündən ciddi xəsarət aldığını əks etdirən foto da yayılıb. Həmçinin, avtomobilin cərimə meydançasına aparıldığını göstərən və onun sənədləri ilə bağlı faktlar da mərbuatda dərc olunub.

Mövzu ilə bağlı bu saatlarda DİN-in rəsmi açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, dünən ilkin olaraq votsap vasitəsi ilə yayılan və bir gün ərzində bütün ölkədə müzakirə olunan  görüntülərdə 3 gənc xanım tamamilə lüt şəkildə videoya çəkilib. Onlar içkinin təsiri altında meyxana deyərək rəqs ediblər. Qızları lentə alan şəxsin isə xanımları içki içməyə təhrik etdiyi aydın görünür.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol