• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ soyqırım günü “Space”də əyləncəli proqramın nümayişinə münasibət bildirib

MTRŞ soyqırım günü “Space”də əyləncəli proqramın nümayişinə münasibət bildirib
01.04.2019 12:46
Milli Televiziya və Radio Şurası (MTRŞ) 31 Mart – Azərbaycanlıların soyqırımı günündə "Space” televiziyasında musiqili-əyləncəli proqramın nümayiş etdirilməsinə münasibət bildirib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov ONA-ya deyib ki, qanunvericilikdə soyqırımı günündə teleradio yayımçılarının proqram setkası ilə bağlı konkret tələb yoxdur.

Onun sözlərinə görə, yalnız rəsmən elan olunmuş matəm günləri ilə bağlı tələblər var, həmin günlərdə reklam və əyləncəli efir materialları verilməməlidir.

"Lakin məlumdur ki, 31 Mart dövlət tərəfindən rəsmən soyqırımı günü elan olunub və bununla bağlı Prezident fərmanı var. Bu isə hər kəsin, o cümlədən yayımçıların həmin gündə məsuliyyətli olmalarına əsas verir. Digər tərəfdən teleradio yayımçıları Azərbaycanın vətəndaş cəmiyyətinin mühüm avanqard tərkib hissələrindəndir. Onlar cəmiyyət üçün həssas məqamlarda daha çevik davranmalıdırlar. Rəsmən soyqırımı günü elan olunmuş tarixdə hansısa ad günü tədbirinin, əyləncəli şou-proqramın təxirə salınması kanal üçün problem olmamalı idi. Yəqin ki, gələcəkdə həmin kanal ictimaiyyətin qınağına tuş gələn bu addımı bir daha təkrarlamaz”, – deyə T. Dadaşov qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol