• $
  • €
  • ₽
  • ₺
  • £

DYP cərimələrinin və gömrük yığımlarının ödənişində yenilik

DYP cərimələrinin və gömrük yığımlarının ödənişində yenilik
02.04.2019 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin "SmartPay" ödəniş sistemi istifadəçilərinə yeni imkanlar təqdim edir.

Nazirlikdən Anews.az-a verilən məlumata görə, Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi bundan sonra artıq "SmartPay" ödəmə sistemi vasitəsilə də mümkün olacaq.

Həmçinin, "SmartPay" ödəmə sisteminə yeni inteqrasiya edilmiş xidmət vasitəsi ilə gömrük yığımlarını da ödəmək olacaq.

Qeyd edək ki, vətəndaşlar "SmartPay" ödəmə sistemi vasitəsi ilə kommunal ödənişlər, mobil nömrələrdə balansın artırılması, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi və sair bu kimi xidmətlərdən yararlana bilərlər. "SmartPay" 70 poçt filialı, 1211 poçt şöbəsində 60 ödəmə terminalı, 60-dan çox xidmət üzrə, 2326 ödəmə nöqtəsi ilə vətəndaşların xidmətindədir.

Eyni zamanda, ödəmələri, "smartpay.az" saytı vasitəsilə də istənilən məkandan həyata keçirmək mümkündür. "SmartPay" ödəmə sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyini və mühafizəsini təmin edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol