• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda milyonluq rüşvət

Azərbaycanda milyonluq rüşvət
25.09.2014 12:53
Ağcabədi Pedaqoji Kollecinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərilə bağlı kollecin tələbəsinin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. ANN.Az xəbər verir ki, istintaq zamanı kollecin direktoru vəzifəsini icra edən Sahib Hüseynovun kollecin qiyabi və əyani şöbələrində müxtəlif ixtisaslar üzrə təhsil alan 991 tələbədən imtahan sessiyasında müvəffəq qiymətlər almaları üçün 636 min 250 manat pulu rüşvət kimi alması barədə şikayətlər daxil olub.Həmçinin onun 108 tələbədən qrup nümayəndələri və qeyrilərinin vasitəsilə 48 min 600 manat pulu rüşvət kimi tələb etməkdə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013-2014-cü tədris ili üçün qiyabi təhsil üzrə qəbul planı nəzərdə tutulmadığı halda 27 tələbənin kollecdə təhsillərini qiyabi şöbədə davam etdirmələrini rəsmiləşdirməklə onların təqaüd almalarını təmin edib. Bundan əlavə, mövcud normativ aktların tələblərini pozmaqla bir müəllimin iki qrupa rəhbərliyini və müəllimlərə əlavə əmək haqqı verilməsini sənədləşdirməklə 5 min 932 manat büdcə vəsaitinin təyinatından kənar istifadə olunmasını təmin etməsində, habelə üç nəfər Ağcabədi rayon sakinini kollecə işə qəbul edib rəsmiləşdirməklə həmin şəxslərin əmək haqqı kartlarından 1.186 manat məbləğində pulu bankomat vasitəsilə çıxarıb mənimsəməsində günahlandırılır. Bundan əlavə, kollecdə təhsil alan tələbələrin təqaüd üçün bankomat kartlarının guya itməsi barədə “Kapital bank” ASC-nin Ağcabədi rayon filialına müraciət edərək 50 nəfər tələbənin adına bankomat kartları alaraq 10 min 563 manat məbləğində pulu talamağa cəhd etməsində şübhələr üçün əsaslar olub. O cümlədən kollec tələbəsindən qış imtahan sessiyasında müvəffəq qiymətlər alması üçün 450 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalandığından ona Cinayət Məcəlləsinin 29, 179.3.2 (külli miqdarda mənimsəmə və israf etməyə cəhd), 308.1 (vəzifə saxtakarlığı), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.4 (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib.Bundan başqa, istintaq zamanı kollecin baş mühasibi Mahir Ağayev və metodisti Yusif Şirinovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmələrində günahlandırılırlar. Onlara etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamağa cəhd etmələrində şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 29, 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və israf etməyə cəhd), 29, 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etməyə cəhd), 29, 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etməyə cəhd), 308.1 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol