• $
  • €
  • ₽
  • ₺
  • £

Xərçəngə gəl-gəl deyən qida vərdişlərimiz - SİYAHI

Xərçəngə gəl-gəl deyən qida vərdişlərimiz - SİYAHI
16.04.2019 20:30
Alimlərin araşdırmaları nəticəsində xərçəngə səbəb olan qidalara hər gün yenisi əlavə edilir.
"Ölkə.Az” bu gün oxucularına asta-asta xərçəngə səbəb olan qidaların siyahısını təqdim edir.



1.Qaynar içkilər

Alimlər bildiriblər ki, müntəzəm olaraq qaynar içki (çay, qəhvə vəs.) qəbul etmək qida borusuna ziyan vurur və boğaz xərçənginə səbəb olur.



2.Çips

Çips əsasən uşaqların xoşladığı qidadır. Amma onun tərkibində olan yağlardan başqa orqanizmin tanımadığı süni dadlar və qoruyucu maddələr də var.

Bu maddələrin isidilməsi ilə çips istehsal edilir və insan sağlamlığı üçün ən azı siqaret qədər təhlükəlidir.



3.Mikrodalğalı sobada hazırlanan qarğıdalı

Mikrodalğalı sobada partladılan qarğıdalı dənələri də ziyanlıdır. Çünki mikrodalğalı sobanın torbalarındakı perflorooktanoik turşu böyrək, qara ciyər və digər xərçənglərə səbəb olur.



4.Broyler somon balığı

Broyler və süni göllərdə yetişdirilən somon balığı pestisit, kimyəvi və antibiotik kimi bir sıra kanserogenlərdən təsirlənərək böyüdüyü üçün insan orqanizmi üçün təhlükəlidir.



5.Konservləşdirilmiş qidalar
Konservləşdirilmiş qidaların demək olar ki, hamısı alüminium qutularda olur. Alüminum qutular isə xərçəngə səbəb olan BPA ilə bağlı olduğu üçün təhlükəlidir.



6.Tərkibində fruktoza olan siroplar

Xüsusən də ketçup, mayonez və salat sousları, meyvə sularındakı bu sirop xərçəng hüceyrələrinin sevimli qida maddəsidir. Xərçəngə səbəb olmaz, xərçəng hüceyrələrinin sürətlə çoxalmasına kömək edər.


7.Duza qoyulmuş qidalar

Tərkibindəki nitrat və nitritlər sağlamlığa ziyandır.


8.Spirtli içki

Spirtli içkini tez-tez qəbul edəndə ağız, yemək borusu, qara ciyər və digər xərçənglərə yoluxma riski artır.



9.Süni şirinləşdiricilər

Süni şirinləşdiricinin tərkibində olan aspartam maddəsi orqanizmdə ciddi ölçüdə toksinə çevrilir.



10.İşlənmiş və hisə verilmiş qırmızı ət

Sendviç və hamburqerlərdə olan işlənmiş ət də xərçəngə səbəb olur. Bundan başqa hisə verilmiş ət də orqanizm üçün ziyandır. Hər gün qəbul edilən qırmızı ət xərçəng riskini 22% artırır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol