• $
  • €
  • ₽
  • ₺
  • £

"Bu, itə ərə getmək kimi bir şeydir" - Rektorun qızına kəskin etiraz

"Bu, itə ərə getmək kimi bir şeydir" - Rektorun qızına kəskin etiraz
16.04.2019 16:58
Bizim bu hadisəyə münasibətimiz çox mənfidir. Vaxtaşırı belə hallar yaşanır. Biz də dəfələrlə bununla bağlı öz mövqeyimizi bildirmişik.

Bunu Teleqraf.com-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

O qeyd edib ki, bu hadisələrin hansı motivlə meydana çıxdığının, necə baş verdiyinin səbəbini, kökünü araşdırmaq çox çətindir:

"Mən Elşad Abdullayevi bir qədər tanıyırdım, təmasımız, söhbətlərimiz olmuşdu. Çox vətənpərvər bir insan idi. Yəni, Qarabağla bağlı fədakarcasına çalışan, Qarabağı çox sevən bir insan idi. Ermənilərə çox böyük nifrəti vardı. Hətta mən bir dəfə onunla söhbət edəndə onun ali məktəblər arasında ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Universitetində Qarabağ kafedrası yaratdığı məlum olmuşdu. Qarabağın tarixinin tədrisini təşkil etmişdi. Hələ heç bir ali məktəbdə belə bir kafedra yox idi. Yəni belə bir adamın övladı bu cür hərəkət edirsə deməyə söz tapmırsan və adamın inanmağı gəlmir. Mənim bu məsələyə dair münasibətim ilk növbədə bundan ibarətdir ki, elə bir ailədən çıxan övladın o cür hərəkət etməsi inandırıcı deyil”.

A.Nağı qeyd edib ki, həmin qız kiminsə təsiri altında bu addımı atıbsa ilk növbədə elə öz ailəsinə, valideynlərinə, atasına zərbə vurub:

"Ona görə də bizim mövqeyimiz birmənalıdır. Mən dəfələrlə demişəm ki, müxtəlif xalqlarla ailə qurmaq olar, biz buna qarşı deyilik. Biz rasist deyilik, hər kəsin özünün şəxsi işidir. Avropaya adamlarımız ailələri ilə gediblər, istər-istəməz təmasda olurlar. Biz də görürük, baxırıq ki, qızlarımız başqa xalqların nümayəndlərinə ərə gedirlər. Amma erməni bizim qan düşmənimizdir, bunu bilməmək ən böyük qəbahətdir və yaxud az qala cinayətdir. Erməni bizim düşmənimizdir, erməni ilə ailə qurmaq olmaz. Mən hesab edirəm ki, erməni ilə ailə qurmaq ən əclaf adamla, itlə ailə qurmaq, itə ərə getmək kimi bir şeydir. Ona görə də çox təəssüf edirəm ki, bu hadisə baş verib”.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin erməni ilə ailə quran qızı Aynur Abdullayeva sosial şəbəkə hesabında erməni və Azərbaycan dilində oxunan mahnıların sədaları altında rəqs edənlərin görüntülərini paylaşıb. Videonun qeyd bölməsinə isə "Baxın, öyrənin, insanlar sülh və dostluq içində necə yaşayır. Bunu millətçilik edənlər üçün paylaşıram” sözlərini yazıb. A.Abdullayeva 3 ildir erməni Artyom Xaçaturyanla evlidir. Cütlüyün bu evlilikdən 1 övladı var.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol