• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı İŞİD-çilər danışdı - VİDEO

Azərbaycanlı İŞİD-çilər danışdı - VİDEO
23.09.2014 23:11
Bakıda tutulan İŞİD-çiləri 20 il və ya ömürlük həbs cəzası gözləyirUzun müddətdir ki gündəmi zəbt edən ölkədən xaricdə döyüşən azərbaycanlılarla bağlı xəbər var! Onlardan bir qrupu tutulub. Bu, Milli Təhlükəsizlik Nazirliyinin Suriyada və Pakistanda fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində qeyri-qanuni fəaliyyət göstərən Azərbaycan vətəndaşları ilə bağlı keçirdiyi əməliyyat nəticəsində mümkün olub. Günahları sübuta yetirilərsə, İŞİD və digər silahlı birləşmələrin tərkibində döyüşdüklərinə görə, onları 20 il və ya ömürlük həbs cəzası gözləyir!ANS TV-nin məlumatina görə, Milli Təhlükəsizlik Nazirliyi həyata keçirdiyi əməliyyat nəticəsində Suriya və Pakistanda fəaliyyət göstərər silahlı birləşmələrin tərkibində qeyri-qanuni fəaliyyət göstərən 26 Azərbaycan vətəndaşı tutulub. Artıq onların barəsində silahlı birləşmələrin tərkibində iştirakdan tutmuş, yetkinlik yaşına çatmayanları ağır cinayətlərə təhriketmə maddələri ilə cinayət işinə başlanıb. Müəyyən edilib ki, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan ərazisində həmin dövlətin və Azərbaycan qanunlarına zidd olaraq silahlı birləşmələrdə iştirak ediblər. Onların əskəriyyəti, hətta ailələrini də özləri ilə götürüblər.Aralarında elələri var ki, başqa dövlətin ərazisində saxlanılsalar da arvad uşaqları hələ də Suriyada aktiv döyüş bölgəsində qalıblar. Saxlanılanlardan məsələn, Elşən Qurbanlı adlı birisinin Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçdiyi bildirlir. Təlimlər bitdikdən sonra bölgü zamanı Elşən Qurbanlı öz istəyi ilə şəxsiyyəti istintaqla araşdırılan “Xattab” ləqəbli “əmir”in rəhbərlik etdiyi “Azəri camaatı” adlı qanunsuz silahlı dəstənin tərkibinə daxil olub. Bundan sonra Elşən Qurbanlı və digərləri “İŞİD” adlı qanunsuz silahlı birləşmənin tərkibində 2014-cü ilin avqust ayında İraqın Anbar vilayətinin Hədisə şəhəri ətrafındakı hərbi əməliyyatlarda iştirak ediblər. Bu hərbi əməliyyatlar zamanı silahlı dəstə tərəfindən hücum planlaşdırılarkən baş vermiş partlayış nəticəsində 35 nəfər məhv olub, Elşən Qurbanlı isə yaralanaraq, sağ qalmış digər yaraqlılarla birlikdə Suriya ərazisinə qayıdıb. Saxlanılanlardan biri isə Vüqar Dursunəliyev isə azyaşlı oğlunu müharibəyə göndərib. Ata15 yaşlı Elvin Dursunəliyevi silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib.Əgər günahları sübuta yetirlərsə, 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərlər.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol