• $
  • €
  • ₽
  • ₺
  • £

Yanmamış malların “Diqlas”dan çıxarılması başa çatdırılıb

Yanmamış malların “Diqlas”dan çıxarılması başa çatdırılıb
18.04.2019 16:29
Bakının Nizami rayonunda yerləşən "Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmış sahibkarların mallarının ticarət mərkəzindən çıxarılması başa çatdırılıb və 345 sahibkarın malları ticarət mərkəzindən çıxarılıb.

İqtisadiyyat Nazirliyindən "Qafqazinfo”ya verilən məlumata görə, İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin və Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilib, yararsız vəziyyətə düşmüş mallar isə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilib. Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunublar.

Bununla yanaşı, zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir. İndiyədək 373 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 302 zərər çəkmiş sahibkarın bank hesabına 1 836 min manat məbləğində maddi yardım köçürülüb.

Qeyd edək ki, maddi yardımın ödənilməsi "Kapital Bank” və "TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha biri əlavə olunub. Bununla da, zərər çəkən sahibkarlara müvafiq yerlər təqdim edilən ticarət mərkəzlərinin sayı 9-dur. Belə ki, "Aqromall” ticarət mərkəzi də zərər çəkmiş sahibkarlara dəstək tədbirlərinə qoşulmaq təşəbbüsü ilə çıxış edərək, 15 min kv. metr ticarət sahəsində müvafiq yerlər təklif edir. Bununla da, hazırda zərər çəkmiş sahibkarlara Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 9 ticarət mərkəzində ümumi sahəsi 45 min kv.m-dən çox olan ticarət obyektləri təklif olunur.

Sahibkarlara maddi yardım göstərilməsi və onların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol