• $
  • €
  • ₽
  • ₺
  • £

Bu toyuq ətini ƏSLA ALMAYIN

Bu toyuq ətini ƏSLA ALMAYIN
18.04.2019 20:39
Açıq şəkildə satılan toyuq ətini almaq tövsiyə edilmir.
Bu gün bəzi market və bazarlarda üzərində hansısa istehsalçıya aid olduğu göstərilməyən toyuq əti satılır. Hissələr şəklində, kiloqramla satılan bu toyuqların haradan gətirildiyi, hansı şəraitdə saxlanıldığı və kəsildiyi barədə nəinki alıcıların, hətta satıcıların da məlumatı olmur. 
Mənşəyi bəlli olmayan toyuq ətinin satışı ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən mütəmadi olaraq monitorinqlər aparılsa da, həmin məhsullara rast gəlmək mümkündür. 
Maraqlıdır, vətəndaşlar toyuq ətini alarkən nələrə diqqət etməlidir?
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Aysel Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirir ki, istehlakçılar toyuğun xarici görünüşünə mütləq diqqət etməlidir:
"Sağlam cəmdəyin yuvarlaq döş qəfəsi olur, sümük tili ayrılmır. Təzə toyuq əti öz formasını saxlamalıdır. Bunu yoxlamaq üçün alıcılar barmaqları ilə toyuq ətini zəif sıxa bilərlər. Yumşaq bir sahəyə basarkən, təzə ət şəklini tez bərpa edir. Köhnə ət olanda boşluqvari çala qalır. İstehlakçılara həmin toyuq ətini almaq tövsiyə olunmur. Həmçinin, sağlam toyuq dərisi quru və təmiz olmalıdır. Onun yapışqan və sürüşkən olması köhnə olduğu anlamına gəlir.
Toyuq əti seçərkən qablaşdırmada heç bir zədə olmamalıdır. Qabın daxilində çəhrayı buz kristalları olmamalıdır. Əgər varsa, deməli toyuq dondurulub və yenidən donu açılıb. Ümumiyyətlə, açıq şəkildə satılan toyuq ətini almaq tövsiyə edilmir. Məhsulun üzərində mütləq istehsal tarixi və saxlama müddəti qeyd olunmalıdır”.
Qurum rəsmisi onu da qeyd edib ki, vətəndaşlar toyuq kəsimi sexlərinin qanunsuz fəaliyyəti ilə bağlı məlumatlı olduqda, Agentliyin 1003 "Çağrı Mərkəzi”nə zəng edib, məlumat verə bilərlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol