• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda həbsxanada nikah - FOTO

Bakıda həbsxanada nikah - FOTO
23.09.2014 14:15
Azadlıqdan məhrum edilmiş şəxslər “ASAN”nın xidmətindən yararlanıbBakıdakı 3 saylı İstintaq təcridxanasında nikah mərasimi keçiriliib. Ədliyyə Nazirliyi Penitensiar xidmətdən ANS PRESS-ə verilən məlumata görə, azadlıqdan məhrum edilmiş şəxslərin “ASAN” xidmətin fəaliyyətindən yararlanmasına şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir.Penitensiar müəssisələrdə saxlanılan şəxslər şəxsiyyət vəsiqələrinin verilməsi ilə yanaşı, “ASAN” xidmət tərəfindən göstərilən nikahın qeydə alınması xidmətindən də yararlanmağa başlayıblar.Belə ki, Penitensiar xidmətin 3 saylı İstintaq təcridaxanasında saxlanılan Rüstəmov Filidan Əhliman oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.Sentyabrın 22-də təcridxananın inzibati binasında 2 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Leyla Ağayeva və Aygün Hüseynova tərəfindən Rüstəmov Filidan Əhliman oğlunun vətəndaş Hüseynova Sevinc Sədrəddin qızı ilə nikahı qeydə alınıb.Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol