Neftçilәr Xәstәxanasına yeni baş direktor təyin olundu

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin edilib.
Oxu.Az-ın məlumatına görə, Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmrə əsasən, bu vəzifəyə Nadir Mehdiyev təyinat alıb.
O, xəstəxanada baş direktorun müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında Mirzəyev Ülvi Əhəd oğlu Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə təyin edilmişdi. Keçmiş baş direktor öz ərizəsi ilə işindən azad edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























