• $
  • €
  • ₽
  • ₺
  • £

Orucluqda toy etmək olarmı?

Orucluqda toy etmək olarmı?
28.05.2020 19:23
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

 

Bu haqda Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətvasında bildirilir.

 

Azərbaycan müsəlman ölkəsi sayıldığından, ölkəmizdə də oruc tutanların sayı kifayət qədərdir.

Ramazanda ən çox müzakirə olunan mövzulardan biri də bu ayda toyun edilib-edilməsi ilə bağlıdır.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, Ramazan ayında toy etmək daha yaxşı olardı.

 

"İslam dünyasında toy ən gözəl adət hesab olunur. Təxminən 10-a qədər ərəb ölkəsində olmuşam. Olduğum yerlərin hər birində bildirirdilər ki, bütünlüklə orucluq ayı toy ayıdır. İftardan sonra toy edilməsi normal bir hadisədir. Ramazan ayı boyunca toy etmək olar və fikrimcə lazımdır”.

 

İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, Ramazan ayı boyunca toy etməmək məsələsi yalnız Azərbaycandadır.

 

"Ramazan ayı boyunca toy etmək dini cəhətdən günah deyil. Əksinə olaraq, bu ay ərzində toy etmək daha yaxşıdır. Sadəcə baxır toy necə təşkil olunur.İslama uyğun olaraq, içkisiz gözəl  toy təşkil etmək niyə də olmasın?! Yaxşı olardı ki, toy elə saatda təşkil edilsin ki, ortuc olanlar da iftarını toy məclisində açsın. İftardan öncə toya başlamaq da günah məsələ deyil”.

E.Miri qeyd edib ki, bu burbaşa insanların etik ədəb qaydalarına uyğunluğu ilə əlaqədardır.

 

"Çox təəssüf olsun ki, başqa ölkələrdən fərqli olaraq  Azərtbaycanda toy deyərkən ağıla yemək gəlir. Buna görə də Ramazan ayı boyunca ölkəmizdə toy mərasimləri adətən təşkil edilmir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol