• $
  • €
  • ₽
  • ₺
  • £

"Azercell"-in əsas tərəfdaş olduğu IV Buktreyler Festivalının qala gecəsi keçirilib

"Azercell"-in əsas tərəfdaş olduğu IV Buktreyler Festivalının qala gecəsi keçirilib
28.05.2020 21:55
Kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı məqsədlərini daşıyan IV Buktreyler Festivalının qala gecəsi keçirilib. Hər zaman yenilikçi təşəbbüsləri dəstəkləyən Azercell şirkəti festivalın əsas tərəfdaşı qismində çıxış edib. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası, təsisçisi və direktoru isə kinoaktyor Ruslan Sabirlidir. Qeyd edək ki, qalib buktreylerlər tanınmış incəsənət xadimlərinin daxil olduğu münsiflər heyəti tərəfindən dəyərləndirilmə əsasında seçilib.  

Tədbirdə çıxış edən "Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya rəqəmsallaşan dünyada kitabın ömrünün uzadılması, intellektual mədəniyyətin təbliği, mütaliənin, kitaba sevginin aşılanması kimi mühüm məqamların şirkət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, bu tip təşəbbüslərin dəstəklənməsinin zəruri olmasını qeyd edib. 

Qeyd edək ki, Elxan Elatlının  "On dördüncü adam” romanına Sadiq Fərzəlibəylinin çəkdiyi buktreyler Azercell şirkəti tərəfindən "Ən Yaxşı Mobil Buktreyler” nominasiyası üzrə qalib seçilib və  1.000 AZN ilə mükafatlandırılıb. Qalib seçilən buktreyler və mükafatlar barədə ətraflı məlumatı https://www.booktrailer.az/ rəsmi  internet səhifəsindən əldə etmək mümkündür.

Vurğulamaq istərdik ki, Azercell mütaliə mədəniyyətinin inkişafına, ədəbi irsimizin təbliğinə öz töhfəsini vermək üçün 2015-ci ildə Bookmate xidmətini abunəçilərin istifadəsinə təqdim edib. 850000-dən artıq kitabı özündə cəmləyən bu zəngin kitabxana mütaliəsevərlər arasında böyük rəğbətlə qarşılanıb. 2018-ci ildə isə Azercell tərəfindən Bookmate tətbiqi çərçivəsində kitabları səsli formatda dinləmək imkanı verən Audio kitab xidməti istifadəyə verilib. İlkin olaraq, klassik ədəbiyyat incilərimizin doğma dilimizdə səsləndirilərək, yer aldığı bu xidmətə gələcəkdə müsair ədəbiyyat nümunələrimiz də əlavə olunacaq.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol