• $
  • €
  • ₽
  • ₺
  • £

Polis azərbaycanlı milyarderin limuzinini saxladı - VİDEO

Polis azərbaycanlı milyarderin limuzinini saxladı - VİDEO
03.05.2019 12:12
Bu günlərdə Sankt-Peterburq polisi azərbaycanlı milyarder Vaqif Məmişovun limuzinini saxlayıb, amma çox keçmədən bu hərəkətinə görə peşiman olub. 

Anews.az haqqin.az-a istinadən xəbər verir ki, "Fontanka” portalının bu hadisənin şahidi olan Sergey adlı oxucusu həmin səhnənin videokadrlarını təqdim edib.

Belə ki, "Rolls-Royce Phantom” limuzini "Land Cruiser” markalı cipin müşaiyəti ilə "Giriş qadağandır” nişanının tələbini pozaraq İsaakiyevsk kilsəsi ilə "Four Seasons” otelinin arasındakı küçəyə daxil olub. Korteji Yol Patrul Polisinin üç avtomobili dərhal limuzini əhatəyə alıb.

Gerisini Sergey danışır: "Sürücüdən sənədləri götürdülər. Sərnişin mühafizəçilərin müşaiyəti ilə otelə daxil oldu. 10 dəqiqə sonra sənədləri qaytardılar və avtomobil getdi. Yol Patrul Polisinin əməkdaşlarına mühafizəçilərdən biri yaxınlaşdı və soruşdu: "Sizdə hər şey qaydasındadır?”. O da başını yellədi”

Mavi rəngli, A001AA178 dövlət nömrə nişanlı "Rolls-Royce” 30 yaşlı Arzu Vaqif qızı İsmayılovun adına qeydiyyatdadır. Həmin şəxsin adına yol hərəkəti qaydalarının pozulmasına görə beş cərimə protokolu qeydə alınıb.

Elə həmin "Rolls-Royce” əvvəl Vaqif Məmişovun qohumu, Sankt-Peterburq meriyasının gənclər siyasəti komitəsinin sədr müavini, 31 yaşlı Nizami Məmişovun adına qeydiyyatda idi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol