Bakıda mənzildə xəstə qadın yıxıldı - Köməyə FHN gəldi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda mənzildə yıxılan xəstə qadına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.
FHN-dən Anews.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.
www.anews.az
























