• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vəzifəli şəxsin oğlunun güllələnməsi barədə yeni xəbər

Azərbaycanda vəzifəli şəxsin oğlunun güllələnməsi barədə yeni xəbər
06.05.2019 12:44
5 gün əvvəl Şəmkir rayonunda yaşadığı mənzildə müəmmalı şəraitdə naməlum şəxs tərəfindən güllələnərək öldürülən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncədəki 2 saylı İstintaq Təcridxanasının əməkdaşı – 1990-cı il təvəllüdlü Məmmədov Kəramət Şükür oğlunun qatili hələ də tapılmayıb.

Publika.az xəbər verir ki, 3 gün əvvəl məlum cinayətlə bağlı K.Məmmədovun sonuncu dəfə telefon əlaqəsi yaratdığı bir neçə nəfər saxlanılaraq Şəmkir rayon Polis Şöbəsinə aparılıb. 1 gün davam edən dindirmələrdən sonra həmin şəxslərin hamısı dünən axşam sərbəst buraxılıb.

İlkin araşdırmalar zamanı o da məlum olub ki, təcridxana içisini qətlə yetirən şəxs ərazini tərk edərkən buraxdığı izləri silməyə çalışıb. Güllələnmə zamanı ətrafda heç kimin səs eşitməməsi isə cinayətdə istifadə edilən silaha səsboğucunun quraşdırılmasını göstərir.

Qeyd edək ki, dəhşətli cinayət vaxtı Kəramət Məmmədov evdə tək olub. O, yaşadığı evin yataq otağındakı masanın yanında alnından güllələnərək öldürülüb. Otağa daxil olan qatilin çarpayının yanında duraraq yaxın məsafədən Kəramətin baş nahiyəsinə atəş açdığı bildirilir.

Hadisədən ilk olaraq Kəramət Məmmədovun kənd məktəbinin direktor müavini işləyən anası xəbər tutub. Dünən işdən evə gələn qadın otağa daxil olarkən qan gölməçəsini görüb. Oğlunun güllələnərək öldürüldüyünü bilən qadın sarsıntı keçirib və yaxınlarına məlumat verib.

Hadisə vaxtı Şəmkirdəki aqroparkın sədr müavini olan Kəramət Məmmədovun atası Şükür Məmmədov da işdə olub. Ş.Məmmədov əvvəllər Beynəlxalq Bankın Şəmkir filialının müdiri olub.

Hazırda faktla bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Qətlin kim tərəfindən törədilməsinin müəyyənləşdirilməsi, qatilin tututlması istiqamətində iş aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol