• $
  • €
  • ₽
  • ₺
  • £

“Aztelekom” 595 manata görə qəzeti məhkəməyə verdi

“Aztelekom” 595 manata görə qəzeti məhkəməyə verdi
06.05.2019 15:52
"Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Göyəzən”qəzetini məhkəməyə verib.


Qaynarinfo xəbər verir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC 595 manat məbləğində internet xidmətindən istifadəyə görə yaranmış borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə tələb irəli sürülüb.


"Aztelekoml” iddia ərizəsi onunla əsaslandırıb ki, MMC ilə "Göyəzən” qəzeti arasında internet xidmətlərinin göstərilməsi barədə müqavilə imzalayıb.


Müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşma protokoluna əsasən, cavabdeh hər ay göstərilən internet xidmətinə görə "Aztelekom” MMC-yə 85 manat ödəməli idi. Lakin qəzet müqavilənin şərtlərini pozaraq 2018-ci ilin iyun ayında başlayaraq, 2018-ci ilin dekabr ayı da daxil olmaqla 7 ay xidmət haqqını ödəməyib, nəticədə "Aztelekom” MMC-ə 595 manat borcu qalıb. Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməyib.


"Aztelekom” MMC-nin iddiasını qismən təmin edilib. Məhkəmə "Göyəzən” qəzetindən 595 manat məbləğində internet xidmətindən istifadəyə görə yaranmış borc və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "Aztelekom” MMC-yə ödənilməsi barədə qərar çıxarıb.


Qeyd edək ki, "Göyəzən” qəzeti Qazax Rayon İcra Hakimiyyətinin rəsmi orqanıdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol