• $
  • €
  • ₽
  • ₺
  • £

Həccin vaxtı açıqlandı

Həccin vaxtı açıqlandı
18.09.2014 11:21
Həcc ziyarətinin vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun ANS PRESS-ə verdiyi məlumata bu il ziyarət sentyabrın 23-dən başlanacaq. Zəvvarlar son bir neçə il olduğu kimi ziyarətə təyyarə ilə yola düşəcəklər. Zəvvarların ilk qrupu sentyabrın 23-dən 24-ə keçən gecə saat 01:40-da yola düşəcək. Növbəti reyslər isə sentyabrın 25-i və 28-i olacaq. Zəvvarların qayıdışı isə 11-15 oktyabra nəzərdə tutulub.Ziyarətə gediş Səudiyyə Ərəbistanının “Nas” milli avia şirkəti, qayıdış isə Azərbaycan Hava Yolları (AZAL) vasitəsilə həyata keçiriləcək.M.Payızovun ANS PRESS-ə verdiyi məlumata görə, Ebola virusunun yayılması ilə əlaqədar Səudiyyə Ərəbistanı 3 ölkənin vətəndaşlarına viza verməyib. Bunlar Qvineya, Liberiya və Sierra Leonedir. Zəvvarların gələcəyi ölkələrə tövsiyə xarakterli təlimatlar göndərib. "Təlimatda gigiyenik qaydalara riayət etmək, ünsiyyət zamanı çəkinmək kimi məsləhətlər yer alıb". Xatırladaq ki, bu il 3600 zəvvar Həcc ziyarətinə yola düşəcək. Ziyarətlə bağlı bütün lazımi tədbirlər görülüb, zəvvarların nəqliyyat, qalmaq və qidalanmaqla bağlı bütün məsələləri həll edilib. Ziyarətin qiyməti 3250 və 4000 manatdır. Qiymətdəki fərq zəvvarların qalacağı otellərlə, oradakı şəraitlə bağlıdır.Bu il Qurban bayramı oktyabrın 4-nə təsadüf edir. Buna görə zəvvarlar oktyabrın 3-ü Ərəfat dağına çıxacaqlar. Oktyabrın 4-də isə şeytana daş atma mərasimi keçirəcək.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol