Təhsil Nazirliyindən popkorn satan gəncə - Təklif

Təhsil Nazirliyi "Azneft meydanı” yaxınlığındakı keçiddə popkorn satan yeniyetmə ilə bağlı hərəkətə keçib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov həmin gəncə peşə məktəbində təhsil almaq imkanı təklif ediləcəyini açıqlayıb:
"Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq. Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.
Əmək Məcəlləsi 15 yaşından sonra işləmək hüququ verir.
İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək”.
www.anews.az
Son xəbərlər 
Daha çox 























