• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə müzakirə: Büdcə hara xərclənib? - RƏSMİ

Milli Məclisdə müzakirə: Büdcə hara xərclənib? - RƏSMİ
21.05.2019 10:04
Bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi gözlənilir.

Oxu.Az-ın xəbərinə görə, qanun layihəsinin müzakirəsində komitə üzvləri ilə yanaşı, bir sıra dövlət qurumlarının - komitə və nazirliklərin məsul şəxslərinin, o cümlədən, maliyyə naziri Samir Şərifovun iştirakı nəzərdə tutulur.

S.Şərifov əvvəlcə qanun layihəsi barədə geniş məlumat verəcək, sonra millət vəkillərinin təkliflərini, iradlarını və suallarını cavablandıracaq.


Müzakirələrin sonunda isə qanun layihəsi MM-in yaz sessiyasının mayın 31-də keçiriləcək sonuncu plenar iclasına tövsiyə olunacaq.

Qeyd edək ki, qanun layihəsinə əsasən, 2018-ci il dövlət büdcəsinin gəlir və xərclərinin cəmi açıqlanıb.
Belə ki, 2017-ci il dövlət büdcəsinin gəlirlərinin cəmi 16 516 684 min manat, 2018-ci ildə bu rəqəm 5 992 185,7 min manat çox, yəni 22 508 869,7 min manat olub. 

Həmçinin, 2017-ci il dövlət büdcəsinin xərclərinin cəmi 17 594 748 min manat, 2018-ci ildə bu rəqəm 5 137 166,5 min manat çox, yəni 22 731 644,5 min manat olub.
Bununla yanaşı, ötən ilin dövlət büdcəsinin ehtiyat fondunun xərcləri proqnozlaşdırılandan 5,8 faiz az olub.  
2018-ci ilin büdcəsində dövlət büdcəsinin ehtiyat fondunun proqnozlaşdırılan xərcləri 492 milyon 566,1 min manat olsa da, icra olunan xərclər 28 milyon 341,1 min manat az - 464 milyon 225 min manat olub. 

Eyni zamanda, 2018-ci ildə müdafiə xərcləri 2 milyard 842 milyon 681,9 min manat olub.
Beləliklə, keçən il dövlət büdcəsində müdafiə xərcləri üçün proqnozlaşdırılan məbləğ 2 milyard 855 milyon 942 min manat olsa da, bu sahədə xərclər 13 milyon 260.1 min manat, yəni 0,5 faiz az olub.
Keçən il müdafiə xərcləri 2017-ci illə müqayisədə isə 221 milyon 416,8 min manat, yəni 8.4 faiz çox olub. 2017-ci ildə müdafiə xərcləri üçün 2 milyard 621 milyon 265,1 min manat xərclənib.

Eyni zamanda, ötən il Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri proqnozlaşdırılandan 47 025,4 min manat az olub.
Əgər 2018-ci ildə bu sahə üçün proqnozlaşdırılan vəsait 2 197 764,2 min manat olubsa da, bundan 2,1 faiz az, 2 150 738,8 min manat xərclənib. Eyni zamanda, 2017-ci illə müqayisədə, 2018-ci ildə sosial müdafiə və sosial təminat xərcləri azalıb. Əgər 2017-ci ildə bu sahəyə 2 350 165,2 min manat xərclənibsə, 2018-ci ildə bundan 8,5 faiz, yəni 199 426,4 min manat az vəsait xərclənib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dövlət büdcəsindən ayırmalar (transfert) isə proqnozlaşdırılan həcmdə - 1,3 mlrd. manat olub. Bu, 2017-ci illə müqayisədə, 21 mln. manat və ya 1,6% çoxdur. 2017-ci ildə DSMF-yə dövlət büdcəsindən ayırmalar (transfert) 1,279 mlrd. manat olub.

2018-ci il büdcə kəsiri isə proqnozlaşdırılandan dörd dəfədən çox az olub.
2018-ci ilin dövlət büdcəsində büdcə kəsiri 951 milyon manat proqnozlaşdırılsa da, büdcənin icrası zamanı kəsir 222 milyon 774,8 min manat olub. Bu, 2017-ci ildəki büdcə kəsrindən 5 dəfəyə qədər azdır. 2017-ci ildə büdcə kəsiri 1 milyard 77 milyon 794 min manat olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol