• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan üçün BÖYÜK TƏHLÜKƏ, B PLANI... - Ekspert detalları açdı

Azərbaycan üçün BÖYÜK TƏHLÜKƏ, B PLANI... - Ekspert detalları açdı
21.05.2019 13:03
"Bir neçə gündür ki, qlobal "Huawei” şirkəti ABŞ sanksiyaları ilə üzləşib. ABŞ onu telefonlardakı proqram təminatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır. Azərbaycanda bəzi dövlət qurumlarının bu şirkətin sistemlərinə üstünlük verdiyini nəzərə alsaq, bizim üçün də təhlükə mövcuddur”

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumun Prezidenti Osman Gündüz deyib.

Ekspert bildirib ki, bu şirkət Azərbaycanın informasiya sahəsinə ciddi təhlükə ola bilər.

"Ümumiyyətlə, uzun illərdir bu şirkətin Çin hökuməti ilə iş birliyində olduğu bildirilirdi. "Huawei”in milyardlarla marketinq siyasəti və ucuz məhsul satması da hökumətin dəstəyilə olduğu bildirilirdi. Şirkət də bunu təkzib edirdi. Belə görünür ki ABŞ hökuməti artıq bunu isbat edib. Bu məsələ əslində 5G reallaşanda gündəmə gəldi. Yəni, məlumat oğurluğu məsələsi zaman-zaman digər qlobal şirkətlərdə (FB, Apple, Google və s.) də olub. Amma 5G gündəmə gələndən sonra məlum oldu ki belə davam edərsə, Huawei öz avadanlıq və proqramları ilə hədsiz böyük məlumat ötürmə sürətilə bütün əşyaları inteqrasiya edə biləcək, bir sözlə, ikinci bir real dünyamıza nəzarət edəcək. Odur ki, ABŞ təhlükəsizlik baxımından buna imkan verə bilməzdi. Güman ki, bundan sonra "Huawei”in qlobal dünyada hökmranlığına son qoyulacaq və hansısa cərimələrlər və açıqlamalarla N-ci sırada olan bir şirkətə çevriləcək. Bu məsələnin Azərbaycan üçün də təhlükəsi var. Bizdə dövlət sektorunda "Huawei” in xüsusi çəkisi yetərincədir. Ucuz olduğu üçün bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. Bildiyim qədər BakTelecomun (BTRİB) 80% - i, Aztelekom 70%-i, hətta bəzi dövlət qurumlarının Data Mərkəzləri "Huawei” məhsulları üzərində oturub. Sanksiyalar hələlik "Huawei" telefonlarla bağlıdır. Əgər sabah ABŞ sanksiyaları "Huawei"in bütün avadanlıqlarına və proqramlarına şamil olunarsa, nə baş verəcəyini təsəvvür etmək çox çətindir. Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər. Xatırlayıram ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni qurduğu Data Mərkəz də az qala "Huawei" nəzarətinə keçirdi. Son anda "BestComp" şirkətinin çevik siyasəti ilə bu məsələ sovuşub”.

O.Gündüz bildirib ki, real təhlükənin qarşısını almaq üçün bu hadisədən sonra Xüsusi Dövlət Mühafizə Xidməti bütün dövlət İT sektorunu monitorinq və audit etməlidir:

"Bildiyim qədər bizdə "Huawei” ilə daha çox əməkdaşlıq edən "Eurodesign" və "Ultra" şirkətləri olub. Sanksiyalarla əlaqəli gözlənilən "Huawei” təhlükələrindən yayınmaq üçün hökumət təcili B planı hazırlamalıdır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol