• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid anası Prezidentə müraciət etdi - 11 min manatlıq müavinəti vermirlər

Şəhid anası Prezidentə müraciət etdi - 11 min manatlıq müavinəti vermirlər
21.05.2019 13:46
Şəhid anası 11 min manat bidəfəlik müavinəti ala bilmir.

Anews.az xəbər verir ki, Unikal.org-a müraciət edən şəhidin anası Hüseynova Şamama Şahmar qızı bildirir ki, oğlunun şəhid statusu olsa da, onun adı müavinət alacaq şəxslərin siyahısında çıxmayıb:
"Oğlum Məmmədov Müşfiq Nadir oğlu Şuşa Şəhər Mühafizə Polisinin əməkdaşı olub. O, Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidlərlə bağlı dövlətin nəzərdə tutduğu bütün güzəşt və imtiyazlardan yararlanırıq. Prezidentin sərəncamı ilə şəhid ailələri üçün 11 min manatlıq müavinət verilməsi nəzərdə tutulur. Əvvəllər şəhid olan polislər üçün bu müavinət nəzərdə tutulmasa da, son dəyişikliklə bizim kateqoriyadan olan ailələrə də bu müavinətin verilməsi nəzərdə tutulur. Amma şəhid ailələrinin siyahısında bizim adımız çıxmadı.Biz Daxili İşlər Nazirliyinə müraciət etdik .Nazirlik cavab verdi ki, belə bir şəxs bizim şəxsi heyətdə çalışmayıb. Faktiki olaraq, mənim oğlumun bütün sənədləri var. Mənə bildirirlər ki, məhkəməyə müraciət edin”.

Şikayətçi onu da bildirib ki, Bərdə rayon Məhkəməsinə müraciət edib: "Ordan da bildirirlər ki, gedin nazirlikdən rədd cavabı alın. Biz də çarəsiz qalmışıq. Bütün dövlət qurumları bir-birinin üstdə atır. Mən bir şəhid anası ölkə başçısı cənab İlham Əliyevə və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edirəm ki, mənə köməklik göstərsinlər. Biz şəhid ailəsi olduğumuz halda şəhidlər üçün nəzərdə tutulan müavinəti ala bilmirik".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol