• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclər fondu ölkəyə qayıtmayan gənclərdən təhsil pulunu geri alacaq - MÜSAHİBƏ

Gənclər fondu ölkəyə qayıtmayan gənclərdən təhsil pulunu geri alacaq -  MÜSAHİBƏ
29.05.2020 06:23
Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edib.  Müsabiqədə 16-29 yaş arasında olan Azərbaycan Respublikasının vətəndaşları magistr təhsil pilləsi üzrə iştirak edə bilər. Fondun xaricdə təhsil üzrə müəyyən etdiyi meyarlara cavab verən gənclərin yaşayış, yol, sığorta və viza xərcləri qarşılanacaqdır. Azərbaycanda artıq gənclərin xaricdə təhsilini qarşılayan proqram mövcud olub. Bəs görəsən yeni proqram  əvvəlkindən nə ilə seçiləcək? Bu sualla cavab tapmaq üçün  təhsil üzrə ekspert Kamran Əsədova müraciət etdik:

- İlk dəfə Azərbaycanda xaricdə təhsil proqramı ölkə prezidenti İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncamla həyata keçrilib. Belə ki, həmin sərəncama uyğun olaraq 2007 - 21-ci illərdə Azərbaycanda gənclərin xaricdə təhsil alması ilə bağlı bir proqram qəbul edildi və dövlət büdcəsi vəsaiti hesabına 3500-dən çox azərbaycanlı gənc xaricdə təhsil almağa göndərildi. Bu günə kimi xaricdə təhsil alan gənclərin maliyələşdirilməsi üçün 90 milyon manat vəsait ayrılıb. Bu proqramın əsas məqsədi ondan ibarət idi ki, Azərbaycanda rəqabətli iqtisadiyyat formalaşsın, xidmət sektoru dünya standartlarına uyğunlaşdırılsın.
 
- Nə üçün gənclərin xaricdə təhsili proqramının bu sahədə təcrübəsi olan Təhsil Nazirliyindən alınıb Prezident yanında Gənclər Fonduna verilməsi nə dərəcədə düzgündür? 

- Bu program ona görə Təhsil Nazirliyindən alınıb Prezident Yanında Gənclər Fondunda verildi ki, programı təyinatı üzrə həyata keçirmək üçün Təhsil Nazirliyinin imkanları məhdud idi. Ancaq indi fərqlidir. Gənclər Fondunun başlıca işi bu programı həyata keçirmək olacaq. Təhsil Nazirliyinin işi təhsilə nəzarət etmək və qanunvericilik aktların icra etməkdən ibarət idi, onun bu işi də həyata keçirməsi, işin keyfiyyətinə müəyyən qədər təsir göstərirdi. 2007 - 2015-ci ildə xaricdə təhsil almış gənclərin müəyyən hissəsi geri qayıtmadı. Yəni, tam şəkildə bütün resurslarını bu sahəyə səfərbər edə bilmirdi. 

Xaricdə təhsil almağa gedən gənclərin geri qayıtmamasının bir çox səbəbləri var. Məsələn, İngiltərədə təhsil alan bir gəncin təqüdü 3 min dollar olur, amma Azərbaycana gələndə 300 manat əmək haqqı alır. Bu məntiqsiz idi. Ancaq bu programla xaricdə təhsil alacaq gənclərə ölkəyə qayıtmaqları ilə bağlı hüquqi öhdəliklər qoyulacaq və onlar ölkəyə qayıtdıqdan sonra, dövlət qulluğuna müsabiqədənkənar qəbul olunacaqlar. Əgər ölkəyə qayıtmasalar, onlara çəkilən xərclər geri tələb olunacaq.
 
- Belə şərt qoymaq nə dərəcədə düzgündür? Gəlin unutmayaq ki, xaricdə qalan hər bir azərbaycanlı mütəxəssis həm də xaricdə ölkə diasporasını formalaşdırır. Proqram açılanda bu fikri ölkə başçısı İlham Əliyev də səsləndirmişdi. 

- Xaricdə təhsil programlarına Azərbaycan qədər çox pul xərcləyən yoxdur. Qonşu dövlətlətdə bu, daha çox sərt şərtlərlə həyata keçirilir. Lakin onlarda xaricdə təhsil programlarından çox dövlətlərarası müqavilə ilə baş tutur. Azərbaycanda da gənclər xaricdə təhsil almağa təkcə bu program çərçivəsində getmirlər, dövlətlərarası müqavilə çərşivəsində gedənlər də var. Məsələn 200 nəfər Macarıstana gedib. Latviya, Estoniya... və s. ölkələrə gedənlər var. Dövlətlərarası müqavilə ilə təhsil almağa gedən gənclərin bir üstünlüyü ondan ibarətdir ki, onların qayıtmamaq kimi bir şansları var. Amma xaricdə təhsil programı ilə gedən gənclər dövlətin xüsusi kadr ehtiyacı olan bir çox spesfik sahədə təhsil almağa getdiklərinə görə, mütləq geri qayıdıb bu sahələrdə işləməlidirlər.
 
- Yeni proqram gənclərin ancaq maqistr pilləsi üzrə təhsilinin malyyələşdirilməsini nəzərdə tutur. Buna baxmayaraq yaş həddi 16-29 arası müəyyənləşdirilib. Bu nə dərəcədə düzgün seçilib? Nəzərə alsaq ki, Azərbaycanda agirdlər məktəbi 16 yaşında bitirir yaş həddinin daha yuxarı təyin edilməsi daha düzgün olmazdımı?


- Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə görə, məktəbi vaxtından əvvəl bitirmək var. Azərbaycan vətəndaşları ola bilir ki, programlar çərçivəsində təhsil alırlar və elə olanda onların bu təıhsili tez başa vurub növbəti mərhələlərə keçməsi normaldır. Yəni, təhsil qanunvericiliyi buna imkan verir, amma reallıqda bəli, bu yoxdur. Yuxarı yaş həddi isə ona görə 29 yaş seçilib ki, daha gec yaşlarda gedəndə, təhsil də bir az uzananda o gənclər orda qalıb ailə həyatı qurub, yaşayırlar. Bu yaş həddi həm də ona görə seçilib ki, onlar mütləq geri qayıtsınlar.  


- Bəs ixtiss seçimi Sizcə nə dərəcədə düzgün müəyyənləşib. Əvvəlki proqramdan fərqliolaraq bu dəfə həyat elmlərinə çox az yer verilib, humanitar elmlərə isə çox yer ayrılıb. 


- İndi 74 ixtisasa imkan veriləcək, amma Təhsil Nazirliyində bu daha çox idi. 180-dən çox. Bu dəfə dövlətin xüsusi kadr ehtiyacı olan sahələrdə ixtisaslar seçilib. Məsələn film, musiqi və s. Mənə sual verirlər ki, niyə musiqi? Çünki bizim musiqilərimiz dünya səviyyəsində deyil. Baxın, Eurovisionda dəfələrlə çıxış etmişik, amma heç birində nə musiqini, nə sözləri özümüz yazmamışıq. Bizim bu sahələrdə də mütəxəsislərə ehtiyacımız var. 
 
- Niyə ölkələr yox, universitetlər seçilib?
 
- Bilirsiniz, məsələn, Ukraynanı seçdik. Ukraynanın iki universiteti dünya reytinqindədir, amma 160 universiteti düşə bilmir. Ona görə də, ölkələr yox, ölkələrdəki ən reytinqli universitetlər seçilib. Əlavə olaraq, bu universitetlər həm də ixtisaslara uyğun olaraq seçilib. Əlavə olaraq da, gənclər ölkələri yox, universitetləri seçə biləcəklər. 
 
Həzi


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol