Avtobus sürücüləri maaş sisteminə haçan keçəcək?

Nağd ödəniş sistemi ləğv olunduqdan, kart sisteminə tam olaraq keçiləndən sonra sahibkarlar sürücülərə maaş kəsəcək. Bu, belə də olmalıdır. Əgər sürücü nağd pul görməyəcəksə, orda plandan söhbət gedə bilməz. ANN.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov deyib.Nazirlik rəsmisi sürücülər üçün maaşın elektron xidmət hesabına həyata keçiriləcəyini bildirib. “İlin sonu, 2015-ci ilin 1-ci rübünə, yəni Avropa Oyunlarına qədər çalışacağıq ki, bu məsələ reallaşsın”.N. Həsənov gələn ayın əvvəlinə sürücülər üçün vahid formaların təsdiqlənəcəyini bildirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























