• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda enerji içkiləri qadağan edilir? - RƏSMİ

Azərbaycanda enerji içkiləri qadağan edilir? - RƏSMİ
30.05.2019 15:39
60 gün sonra tərkibində alkoqol olan enerji içkiləri dövriyyədən çıxarılacaq.

"Ölkə.Az" xəbər verir ki, bunu AQTA-nin sədr müşaviri Elxan Mikayılov Avropanın enerji içkiləri (Energy Drinks Europe) Assosiasiyasının prezidenti Andreas Kadinin fikirlərinə münasibət bildirərkən deyib. 

Belə ki, A.Kadi enerji içkilərinin yeniyetmələr, hamilə və süd verən qadınlar üçün müəyyən miqdarda istifadəsinin zərərsiz olduğunu bildirib. 
Bundan başqa, o, enerji içkilərinin standart tərkibinin minimum altı maddədən ibarət olduğunu deyib və bu maddələrin alkoqol qarışığı olmadığı müddətcə insan sağlamlığına ziyan vurmayacağı fikrini müdafiə edib.

Qida Təhlükəsizliyi Agentliyinin sədr müşaviri Elxan Mikayılov isə səsləndirilən bu fikirlərin əleyhinə olduğunu bildirib. 
Onun sözlərinə görə, enerji içkilərinin tərkibində olan maddələrin qarışığı insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırır və bu, sağlamlıq üçün təhlükəlidir. 

Tərkibində bu maddələrdən ən az ikisi olan məhsul enerji içkisi hesab olunmur və insan sağlamlığı üçün risk təşkil edir:
"Kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, quarana, B qrup vitaminlər, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstratları varsa, bunlar enerji içkiləri hesab olumur. Avropa ölkələrindəki normalar əsasında tərkibində kofein və şəkərin miqdarı 150ml aşağı olmamaq şərtilə enerji içkisi hesab edilə bilər. 

Enerji içkilərinin tərkibinə alkoqol qatıla bilməz. Bu, yolverilməzdir. Ümumiyyətlə, enerji içkiləri 18 yaşdan aşağı şəxslərə, hamilə və süd verən qadınlara, diabetdən əziyət çəkən şəxslərə, ürək fəaliyyətinin pozulduğu, böyrək çatışmazlığı, müxtəlif hipertonik xəstəliklərdən əziyyət çəkənlərə, yuxusuzluq və metobolizm problemi olan şəxslərə qətiyyən tövsiyə edilmir”.

AQTA rəsmisi onu da əlavə edib ki, təhlükəsizlik normalara görə, 100ml enerji içkisinin  tərkibində olan komponentlərin maksimum miqdarı aşağıdakından artıq olmamalıdır:

"Kofein-32, 
Taurin 200
İnozitol 20
Kreatin 1
qlükoronolakton 200
Vitamin B2 - 0,34
Vitamin B3 - 1,4
Vitamin B5 - 1
Vitamin B6 -0,04
Vitamin B12 - 0,0004”.
Qeyd edək ki, AQTA rəsmisi son olaraq onu da əlavə edib ki, sadalanan normalara riayət etməyən enerji istehsalçılarının məhsulları ölkə ərazisində dövriyyədən çıxarılacaq. 

Ümumilikdə AQTA-nın enerji içkilərinin istehsalına tamamilə qadağa qoymaq kimi istəyinin olmadığı, lakin məhsulun tərkibinin insan sağlamlığına zərər vurmayacaq komponentlərlə hazırlanmasının tələblərini müdafiə etdiyi də vurğulanıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol