Kürdəmirdə yaşayış evi büsbütün yandı

Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb. Hadisə rayonun T.İsmayilov küçəsində qeydə alınıb.
Belə ki, birmərtəbəli evdə yanğın baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun ətraf evlərə keçməsinin qarşısı alınıb
www.anews.az
Son xəbərlər 
Daha çox 























