• $
  • €
  • ₽
  • ₺
  • £

“Məni aldadıblar” - Usubovun işdən çıxardığı polkovnik

“Məni aldadıblar” - Usubovun işdən çıxardığı polkovnik
31.05.2019 19:09
Xarici ölkə vətəndaşlarına saxta şəxsiyyət vəsiqəsi verməklə qanun pozuntusuna yol verdiyi üçün xidmətdən xaric olunan polis polkovnik-leytenantı Kamil Quliyev məsələ ilə bağlı açıqlama verib.
Anews.Az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun sabiq baş inspektoru K.Quliyev qafqazinfo-ya açıqlamasında bildirib ki, bu cinayətdə onun əli olmayıb: "Mən 1993-cü ildən daxili işlər orqanlarında xidmət edirəm. Bu müddət ərzində ancaq qanunun aliliyini əsas tutaraq işləmişəm. Heç vaxt qanunsuzluğa yol verməmişəm. Hətta 1993-cü il aprelin 16-da torpaqlarımız uğrunda erməni işğalçıları ilə mübarizə apararkən güllə yarası almışam. İki ali təhsilim var, həmişə xalqıma, el-obama, dövlətimə, prezidentimə, nazirə sədaqətlə xidmət etmişəm. 2014-cü ildə bu sahəyə təzə gələn vaxtımda bir qədər təcrübəsizliyim olub, əməkdaşlar məni aldadıblar, sui-istifadə edərək belə hallara yol veriblər. Mən heç vaxt saxta sənəd verməmişəm, həmin adamların da üzünü görməmişəm. Bu işdə heç bir marağım da olmayıb. Həmin işi görən əməkdaşı özüm aşkar edib işdən çıxarmışam. Vicdanımla deyirəm ki, bu işdə mənim əlim yoxdur".
Qeyd edək ki, K.Quliyev xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol