• $
  • €
  • ₽
  • ₺
  • £

Qızıl Aypara Cəmiyyəti yardım adı ilə neftçiləri soyur?

Qızıl Aypara Cəmiyyəti yardım adı ilə neftçiləri soyur?
03.06.2019 16:20
SOCAR-da neftçilər onların maaşlarından Qızıl Aypara Cəmiyyəti adı ilə məcburi şəkildə pul tutulmasından şikayət edir, - bu barədə məlumatı anews.az-a Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Mirvari Qəhrəmanlı bildirib ki, artıq bir neçə müddətdir ona bu məsələ ilə bağlı məlumatlar daxil olur.

"Neftçilər şikayətlənirlər ki, maaşlarından Qızıl Aypara Cəmiyyəti üçün məcburi  formada pul tutulur. Onlar deyirlər ki, ötən il bu məbləğ 2 manat idisə, artıq bu ildən etibarən 6 manatdır. Mənə şikayətlənirlər ki, bu pul hara gedir, niyə bizdən yığırlar, bilmirik”, - deyə Mirvari Qəhrəmanlı işçilərin şikayətini bildirib.


Məsələ ilə bağlı Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə ilə danışdıq.

Vitse prezident deyir ki, məcburi şəkildə pulun tutulmasından söhbət gedə bilıməz.

"Bilirsiniz, burada məcburiyyət yoxdur. Neftçilərdən kimlərsə cəmiyyətin üzvüdürsə, bəli, onlardan nizamnamə çərçivəsində pul toplanır. Keçən ilin fevralınakimi  bu məbləğ 2 manat idi, cəmiyyətin ali şurasının qərarı ilə, fevraldan sonra həmşəki kimi ildə bir dəfə olmaqla, 6 manat oldu. Bu da heç bir aya 30-40 qəpik etmir” – deyə Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə bildirib.

Qeyd edək ki, illik 6 manatı 12 aya böldükdə, bir nəfər üçün hər aya 0.50 azn düşür. Nəzərə alsaq ki, SOCAR-da 50 mindən çox işçi işləyir, bu bir ilə təxminən 300 000 min manat gəlir deməkdir.


 
Neftçilərin Hüquqlarının müdafiəsi təşkilatının hüquqşünası , vəkil Azər Quliyev isə deyir ki, işçilərin hətta Qızıl Aypara Cəmiyyətinə üzv olması da o demək deyil ki, onların maaşlarından üzvlük haqqı tutula bilər.

Onun sözlərinə görə, işçilərdən ancaq üç istiqamətdə məcburi qaydada pul tutula bilər. Bunlar gəlir vergisi, sosial müdafiə üçün, bir də, işsizlikdən sığortadır.

"Həmkarlar İttifaqı, Qızıl Aypara Cəmiyyəti və bu formada olan birliklərə qoşulmaq o demək deyil ki, sən üzvlük haqqı da verməlisən. Üzvlük haqqı o zaman tutula bilər ki, sən özün ərizə ilə müraciət edib xahiş edəsən ki, birliyə dəstək məqsədi ilə mən hər ay bu qədər yardım etmək istəyirəm. Bu olmadıqda, işçilərdən hansısa ad altında pul tutulması qanunvericiliyə ziddir",  - deyə vəkil Azər Quliyev bildirdı. 
 
O, həmçinin söylədi ki, qanunvericilikdə 3 halda məcburi formada pul çıxma var, bunlar  gəlir vergisi, sosial müdafiə, bir də, işsizlikdən sığortadır. Qalan bütün hallarda işçidən məcburi pul tutulmaları qanunsuzdur  və işçilərin  məhkəmə qaydasında öz hüquqlarını bərpa etmək hüququ var. 

Həzi

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol