• $
  • €
  • ₽
  • ₺
  • £

Astarada oğurluq etmiş 4 nəfər saxlanılıb

Astarada oğurluq etmiş 4 nəfər saxlanılıb
05.06.2019 20:30
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində telefon mağazasından 6700 manat dəyərində oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Astara şəhər sakini E.Əhmədov DİN-in "102 xidməti-zəng mərkəzi”nə müraciət edərək gecə saatlarında ona məxsus mağazadan dəyəri 4700 manat olan 15 ədəd mobil telefon, 1700 manat dəyərində danışıq kartları və 300 manat pulun oğurlandığını bildirib.

Astara RPŞ əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğu törətmiş şəxslər - Cəlilabad rayon sakini Vüqar Həsənov, Lənkəran rayon sakini İmran Eynəliyev və daha 2 nəfər yeniyetmə müəyyən edilərək saxlanılıb. Oğurlanmış mobil telefonlar, danışıq kartkarı və pul saxlanılan şəxslərdən aşkar edilərək götürülüb.

Hazırda onların digər analoji faktlarda iştirakının olub-olmadığı araşdırılır.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində başlanılmış cinayətə işinin istintaqı davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol