• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ahılların maşın sürməsi qadağan oluna bilər

Azərbaycanda ahılların maşın sürməsi qadağan oluna bilər
06.06.2019 14:42
83 yaşlı taksi sürücüsünün ehtiyatsızlıqdan törətdiyi qəza ahıl sürücülər məsələsini yenidən gündəmə gətirib. İnsanın yaşı artdıqca hadisə anında reaksiyası azalır. Belə olan halda ahıl sürücülərin qəza törətmə riskləri də çoxalmış olur,  məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Azər Allahverənov - Ekspert: "Çünki yaşlı insan, 75-80-85 yaşlarında olan insan istər-istəməz avtomobili idarə edərkən nə qədər peşəkar olsa da, lap 50 ilin sürücüsü olsa belə, bir çox göstəricilərdə arzu olunan səviyyədə deyil".


Bu məsələdə ekspertlər arasında fikir ayrılığı mövcuddur. "Yaşa görə heç kimə maşın sürməyi qadağan etmək olmaz" deyə düşünənlər də var.


Elməddin Muradlı - Ekpert: "Kimisə qınamaq olmaz ki, 80 yaşın varsa, maşın sürmə, sağlamlığı imkan verirsə, lap 100 yaşında maşın sürsün. Eşitmə, görmə qabiliyyəti zəif olan, sükana sahib ola bilməyən çoxlu sayda sürücülərimiz var".


YHQ-yə edilən dəyişiklikdən sonra, yaş həddi məsələsi avtobus sürücülərinə şamil olunub. Yəni 65-dən yuxarı olan avtobus sürücülərinə D və E kateqoriyaları verilmir. Amma digər sürücülərə bu şamil edilmir.


Adi halda sürücülər üçün yaş məhdudiyyəti qoyulmasa da, yaşlıların mütəmadi olaraq həkim müayinəsindən keçməsi tələb olunur. Sürücülük vəsiqəsinin yenilənməsi də məhz həmin həkim rəyi əsasında aparılır.


Azər Allahverənov - Ekspert: "70 yaşa çatmış sürücülər qeydiyyatda olduğu poliklinikaya mürəciət edir. Bütün yoxlamalardan keçirlər. Və arayışı alır. Yol polisi ilə yanaşı ASAN xidmət də bu işi icra edir. Həmin arayışı verir. Yeni iki illik sürücülük vəsiqəsi alır".


Amma bəzi yaşlı insanların sağlamlıq arayışlarını həkimlərdən hansı əsaslarla alması şübhə doğurur. Ona görə də mütəxəssislər bu sahədə nəzarəti gücləndirməyi təklif edirlər.


Elməddin Muradlı - Ekpert: "Mənə belə gəlir ki, yol polisinə belə bir səlahiyyət vermək lazımdır ki, gələcəkdə şübhə yarandıqda, özü vəsatət qaldırıb təkrar komissiya tələb edə bilsin ki, ümumi komissiya baxsın ki, bu doğurdanmı sürücülüyə yararlıdır, ya yox".


Dünyanın əksər ölkələrində yaşlı sürücülərlə bağlı xüsusi layihələr icra olunur. Bəzi ölkələrdə könüllü sürücülük vəsiqələrindən imtina edən ahıl sürücülərə xüsusi imtiyazlar tətbiq edilir. Müsbət praktikalardan yararlanıb, ölkəmizdə də oxşar model tətbiq edilə bilər.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol