• $
  • €
  • ₽
  • ₺
  • £

Çexiyada biznesi olan məmurlar təlaşda – Korrupsiyaya qarşı xalq etirazı başladı

Çexiyada biznesi olan məmurlar təlaşda – Korrupsiyaya qarşı xalq etirazı başladı
06.06.2019 22:25
Çexiyada Avropa Birliyi (AB) fondlarından gələn pulları korrupsiya yolu ilə mənimsəməkdə ittiham olunan baş nazir Andey Babişin istefası ilə bağlı kütləvi aksiyalar başlayıb. 
"Yeni Sabah” xəbər verir ki, aksiyada yüz mindən çox insan iştirak edir. Andrey Babiş rəsmi olaraq Çexiyanın ikinci ən varlı şəxsi hesab olunur. Bu varidatın çoxuna korrupsiya yolu ilə nail olan baş nazir iki ildir ki, bu posta təyin olunub. 
Qeyd edək ki, ümumiyyətlə Çexiyada korrupsiyaya qarşı mübarizə bir neçə ay əvvəldən başlayıb. Bəzi məmurlar vəzifəsindən azad edilib, bəziləri isə özü istefa verib. Polis və ədliyyə orqanlarının araşdırmaları daha geniş aparacağı gözlənilir.
Hələlik, bu araşdırmaların xarici ölkə vətəndaşlarını da əhatə edib-etməyəcəyi bəlli deyil. Amma bu olarsa, Azərbaycan məmurlarının böyük əksəriyyətinin ciddi problemlə qarşılaşacağı qaçılmazdır. Məmurlarımızın qeyri-qanuni yolla əldə etdikləri böyük pulların ən çox daşındığı ölkə məhz Çexiya olub. Bu haqda mediada dəfələrlə xəbərlər yayılıb.
"Yeni Sabah” Çexiyada biznesi olan məmurların qısa siyahısını təqdim edir. Qeyd edək ki, siyahı bu vaxta qədər mediada yayılan məlumatlar əsasında hazırlanıb və bu məlumatların heç biri (Allahşükür Paşazadə istisna olunmaqla) təkzib olunmayıb.
1.    Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə
2.    Millət vəkili Cavanşir Paşazadə
3.    Millət vəkili Adil Əliyev
4.    Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev
5.    Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli
6.    Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev
7.    Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov
8.    Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə 
9.    Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyev
10.    Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov
11.    Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehov
12.    Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfail Mehrəliyev
13.    Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyev
14.    Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev
15.    "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov
16.    Keçmiş Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Agentliyinin rəhbəri Cəmil Məlikov
17.    Sabiq müdafiə naziri Səfər Əbiyev
18.    Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov
19.    Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və deputat qardaşı Malik Həsənov. 
 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol