Gözdəyməmək üçün vurmuşdular, körpə uddu - Azərbaycanda+Foto

Azərbaycanda altı aylıq körpənin mədəsindən sancaq və digər cisimlər çıxarılıb.
Valideyn tərəfindən Bakıya xəstəxanaya çatdırılan uşağın mədəsində yad cismin olduğu məlum olub. Belə ki, altı aylıq körpə sancağı və üzərində olan digər əşyaları udub. Ə.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında endoskopik üsul ilə körpənin mədəsindən həmin əşyalar çıxarılıb.
Körpənin yaxınlarının verdiyi məlumata görə, uşağın hazırda vəziyyəti kafidir və müalicəsi davam etdirilir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























