Kafedə kütləvi zəhərlənmə - Toyuq sendviçi 41 nəfəri zəhərlədi

Daşkənddə kafelərin birində kütləvi zəhərlənmə baş verib.
Məlumata görə, müraciət edənlərdə ürəkbulanma, baş ağrıları, qarın nahiyəsində ağrılar olub. Müraciət edənlərin hamısına "qida zəhərlənməsi" diaqnozu qoyulub.
Həmin şəxslərin kafedə toyuq sendviçi yedikləri və bu qidadan zəhərləndikləri ehtimal edilir.
Müəssisənin fəaliyyəti laborator təhlil və araşdırma üçün dayandırılıb.
www.anews.az
























