• $
  • €
  • ₽
  • ₺
  • £

Kriminal avtoritetin qətlinin təfərrüatı - Səbəb qatilin xanımı olub

Kriminal avtoritetin qətlinin təfərrüatı - Səbəb qatilin xanımı olub
08.06.2019 11:11


Bakıda kriminal avtoritetin qətlinin təfərrüatı məlum olub.

Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Mübariz Budaqlıya atəşi Taleh Cəlalov açıb. 
Hadisə təqib zamanı baş verib. Belə ki, qurbanın avtomobili tıxaca düşüb və T.Cəlalov lüləsi kəsilmiş ov tüfəngindən atəş açıb. Əvvəlcə güllə avtomobilin ön şüşəsinə dəyib, ikinci atəş isə M.Budaqlını ölümcül yaralayıb.

Qətlin səbəbi isə M.Budaqlı ilə T.Cəlalov arasındakı uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər iki nəfər T.Cəlalovun həyat yoldaşı haqqında çirkin şayiələr yayıb.

Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Lakin M.Budaqlı onun qəzəbindən yan keçə bilib.

Bu arada, qətlin qurbanı dələduzluqda ittiham olunurdu və 2017-ci ildə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi. Kriminal avtoritet iki ay əvvəl azadlığa çıxıbmış. 

İlkin dindirilmə zamanı saxlanılan şəxs iyunun 7-də M.Qubadlı ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisə törədilib.

Qeyd edək ki, qətldən dərhal sonra bu hadisənin digər kriminal avtoritet, "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) əlaltısı Emin Səfərovun (Emin Masallinski) amansız qətli ilə bağlı olduğuna dair söz-söhbətlər yayılıb. Sonuncu mayın 10-da İsrafil Həşimov küçəsində baş vermiş kütləvi dava zamanı qətlə yetirilmişdi. Ancaq bu versiya öz təsdiqini tapmadı.

Xatırladaq ki, hadisə Rəsulzadə qəsəbəsi ərazisində,  "Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid "Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib.

Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıblar.

Adıçəkilən şəxslər "10-GD-021" dövlət nömrə nişanlı "BMW X5” markalı avtomobillə hadisə yerindən qaçmaq istəyiblər.

Ramella İbrahimxəlilova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol