Yeni ana olan 26 yaşlı qadından dəhşətə gətirən əməl - Foto

1 aylıq körpəsini gecə klubuna aparan qadın həbs olunub.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 1 aylıq körpəsini gecə klubuna aparıb, sonra da sərxoş haldaykən onun üstündə yatıb, ölümünə səbəb olan qadın 2 il müddətinə azadlıqdan məhrum edilib.
Havasız qalan uşaq huşunu itirib. O, təcili xəstəxanaya çatdırılsa da, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə şahidlərinin dediyinə görə, qadın həmin vaxt iki kişi ilə birlikdə olub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























