• $
  • €
  • ₽
  • ₺
  • £

"S-400" müdafiə sistemini ərsəyə gətirən AZƏRBAYCANLI KİMDİR?

"S-400" müdafiə sistemini ərsəyə gətirən AZƏRBAYCANLI KİMDİR?
09.06.2019 14:30
Hava hücumundan müdafiə sistemləri arasında Rusiya istehsalı olan "S-300” və "S-400” raketləri qabaqcıl yer tutur.
Lakin indi bizi cəlb edən, bu raketlərin digər müasirləri ilə müqayisədə sahib olduğu üstünlükləri deyil. Sən demə, bu silahların ərsəyə gəlməsində azərbaycanlı, texnika elmleri doktoru İqor Aşurbəylinin də əməyi var imiş.
TANITIM:
İqor Aşurbəyli 1963-cü il sentyabr ayının 9-da Bakıda anadan olub. Atası Rauf, anasının adı isə Yelizavetadır. Aşurbəyli 1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, 1985-ci ildə isə Azərbaycan Sənaye İnsitutunun diplomuna sahib olub. Aşurbəyli Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub. O, Rafiq Əliyevin rəhbərliyi altında 1992-ci ildə Azərbaycan Sənaye İnsitutunda öz namizədlik işini müdafiə edib. Elmi işinin mövzusu "D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri" olub.
Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri işləyən Aşurbəyli, 2001-2011-ci illərdə  "Almaz-Antey" konstruktor bürosunun rəhbəri postunda çalışıb. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan "S-300” və "S-400” raketlərinin istehsalı ilə məşhurlaşıb.
İqor Rauf oğlu Aşurbəyli bir çox mükafatların, o cümlədən, "Şərəf” ordeni, "Rusiya iqtisadiyyatının lideri” milli mükafatının, "İlin adamı” milli mükafatının və digər xatirə medallarının laureatıdır. Hətta ruslar onun barəsində film də çəkib.
Redaktor.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol