• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ahılların maşın sürməsi qadağan oluna bilərmi? – DYP -dan AÇIQLAMA

Azərbaycanda ahılların maşın sürməsi qadağan oluna bilərmi? – DYP -dan AÇIQLAMA
10.06.2019 14:59
Bu günlərdə 83 yaşlı taksi sürücüsünün ehtiyatsızlıqdan törətdiyi qəza ahıl sürücülər məsələsini yenidən gündəmə gətirib.  Yol Hərəkatı haqqında Azərbaycan Respublikası qanunvericiliyinin müddəalarına görə, 70 yaşdan yuxarı şəxslər sürücülük vəsiqəsi üçün müraciət etdikdə, onların sağlamlıq durumu nəzərə alınaraq vəsiqə verilir, bunu Anews.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib. 
 
"Ahıl sürücülərlə bağlı Yol Hərəkatı Haqqında Azərbaycan Respublikası qanunvericiliyində müddəalar var. 70 yaşdan yuxarı şəxslərə sürücülük vəsiqəsi veriləndə və ya müddəti bitmiş vəsiqələrini dəyişmək istədikdə, onların sağlamlıq durumu nəzərə alınır. Onlara sürücülük vəsiqəsi sağlamlıq durumlarından asılı olaraq 2 il müddətinə verilir. Ancaq vətəndaşlar arasında ahıl sürücülərlə bağlı hansısa təklif varsa, danışa, müzakirə edə bilərik. Biz də həm bir polis əməkdaşı kimi, həm bir Azərbaycan vətəndaşı kimi istəyirik ki, yollarımızda da təhlükəsizlik olsun", - deyə Əsədov vurğulayıb. 


Amma Anews.az-a açıqlama verən ekspert Azər Allahverənovun fikrincə, ahıl yaşında olan vətəndaşlar  daha çox ictimai nəqliyyatdan istifadə etməlidir. 
 
Ekspertin sözlərinə görə, ahıl yaşda olan sürücülər əsassən qəza baş verən an hadisələrə adekvat reaksiya verə bilmirlər deyə, çox vaxt qəzanın qarşısını ala bilmirlər və ya daha da ağır qəzaya səbəb olurlar. Ona görə də, bu yaşda olan insanları daha çox ictimai nəqliyyatdan istifadə etməyə təşviq etmək lazımdır.

"Burada konkret qadağaların qoyulmasından söhbət getmir, sadecə onlara tövsiyyə etmək olar ki, şəxsi maşınlardan istifadə etməsinlər. Bunun üçün də, digər ölkələrin praktikası tətbiq olnmalıdır. Məsələn, ahıl yaşda olan insanlara ictimai nəqliyyat pulsuz olmalıdır, taksilər güzəşt tətbiq etməlidir. Onlar da ictimai nəqliyyatdan istifadə etməyə maraqlı olmalıdırlar” – deyə Azər Allahverənov bildirib.

Azərbaycanda avtomobil idarə etmək üçün ən aşağı yaş kateqoriyası 16 hesab edilir. Amma burda kateqoriyaların da əhəmiyyəti var. Məsələn, minik avtomobili idarə etməyə 18 yaşdan, avtobus və s. iri həcmli nəqliyyatı idarə etməyə isə 23 yaşdan icazə verilir.

Yuxarı yaş həddi isə yalnız avtobuslar üçün nəzərdə tutulub. Belə ki, 65 yaşdan yuxarı şəxslər avtomotik olaraq olaraq avtobus idarə etməkdən məhrum edilirlər. Minik avtomobillərini idarə edən şəxslər 65 yaşdan sonra tibbi yoxlamadan keçirilir və müayinədən keçəcəkləri halda, onlara 70 yaşa qədər sürücülük hüququ verilir.

70 yaşdan sonra ilə hər 2 ildən bir sürücü sağlamlıq müayinələrindən keçməlidir. Şəxsin səhhətində bir problem aşkarlandıqda isə həmin insan sürücülük hüququndan məhrum edilir. Fiziki şəxslər öz şəxsi avtomobillərini sağlamlıqları icazə verdiyi müddətdə sürə bilər.
 
Həzi 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol